Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Elm dünyasının 100 dahisi siyahısında yer alan: "Şərqin Eynşteyni" adlandırılan Əli Cavan

Elm dünyasının 100 dahisi siyahısında yer alan: "Şərqin Eynşteyni" adlandırılan Əli Cavan

"Antenn.az" "Publika.az"-a istinadla xəbər verirki, “The Telegraph” qəzeti “Creators Synectics” beynəlxalq şirkətinin çağdaş elm, siyasət, incəsənət dünyasının 100 dahisinin siyahısını tərtib edib. Siyahıda amerikalı, ingilis, avropalı alimlərin adları da yer alıb. 50-ci yerdən sonra Rusiyadan cəmi 3 nəfərin adına rast gəlmək olur.

Tim Berners-Li, Corc Soros, Kventin Tarantino, Bill Qeyts, Məhəmməd Əli kimi dünya şöhrətli şəxsiyyətlərin də adları qeyd olunan siyahının 14-cü sırasında müasir fizika elminin azərbaycanlı dahisi Əli Cavanın adına da rast gəlmək mümkündür.

Əli Cavan kimdir?

Dünya şöhrətli həmvətənimiz qaz (neon gel) lazerinin ixtiraçısıdır. Xatırladaq ki, qaz lazeri olmadan çağdaş telekommunikasiyanı təsəvvür etmək mümkün deyil.

Rabitədəki bütün texnoloji quraşdırmanı, materialların işlənməsini, tibb və digər sahələrdəki informasiyanın saxlanıması, ötürülməsi alimin kvant elektronikası sahəsindəki kəşfi nəticəsində çalışır.

Əli Cavanı “şərqin Eynşteyni”, “lazerin atası” adlandırırlar. O, elm sahəsinin ən nüfuzlu “Albert Einstein World Medal of Science” mükafatına layiq görülüb.

Əli Cavan- Amerikanın məşhur fizikidir. 1926-cı ildə Tehranda azərbaycanlı ailəsində doğulub. 1948-ci ildə gələcəyin dahisi ABŞ-a köçür. 6 il sonra Əli fəlsəfə doktoru olur. 38 yaşında isə Massaçusets Texnologiya İnstitutunun professoru şərəfinə layiq görülür.

1959-cu ildə Əli Cavan "Physical Review Letters" jurnalında dərc olunan məqaləsində ilk davamlı qaz lazeri qurmağı təklif edir. Bununla kvant elektronikasında qeyri-xətti spektroskopiya sahəsinin kəşfinə təkan verir.

1960-cı ildə peşəsinin digər biliciləri Bennet və Errotla birgə ilk davamlı qaz lazerini hazırlayırlar.

Əli dəfələrlə müsahibələrində vurğulayır ki, mən necə demişdimsə, elə də oldu.

“1960-cı ilin fevralından etibarən komandamız konstruksiyanın üzərində işləməyə başladı. Dekabr ayında hazır olan lazer gözləntimizi yanıltmadı. İndiki kimi xatırlayıram, saata baxdım. 16:20-ni göstərirdi. Həmin gün güclü qar yağırdı.

Milada qədər ilk davamlı qaz lazerini hazırlayıb bitirmək istəyirdik. Belə də oldu”.

13 dekabr 1960-cı il lazer şüasi vasitəsilə ilk telefon əlaqəsinin baş tutduğu tarix kimi düşdü.

Qeyd edək ki, alim uşaqlığından və ailəsindən bəhs edərkən, azərbaycanlı olduğunu dəfələrlə vurğulayıb.

Əli Cavan həmçinin deyir ki, 30-cu illərdə alimlər ilk davamlı lazerin yaradılmasına çox yaxın olublar. Belə ki, atomların işıq dalğalarını yaydığı müəyyən edilib. Əgər Cavan həmin vaxt uşaq olmasaydı, kəşfini də 30 il tez edərdi.

1966-cı ildə Əli Cavan kəsişmə effekti modunun nəzəriyyəsini yaradır. Həmin effekt o vaxtlar sadəcə təxmin idi. 1969-cu ildə isə nəzəriyyə öz təsdiqini tapır, mod qovşağının təsiri müşahidə üçün hazır vəziyyətə gəldi.

Əli Cavan 1970-ci ildə lazer spektroskopiyası çərçivəsində işıq sürətinin dəqiq ölçülməsi ilə məşğul olaraq iki üsul hazırlayır. Birincisi işıq dalğalarının mütləq tezliyinin, ikincisi qeyri-xətti flüoressensiyanın ölçülməsidir.

Bu gün Əli Cavan Massaçusets Universitetinin professoru olmaqla yanaşı, ABŞ Elmlər Akademiyasının və Amerika Elmlər və İncəsənət Akademiyasının, həmçinin Triestsk elmlərin inkişafı fondunun üzvüdür. “Albert Einstein World Medal of Science” mükafatından əlavə Amerika Optik şurasının “Fredric Ives” medalına layiq görülüb.

Dahi azərbaycanlı 2016-cı il 12 sentyabrda Los-Ancelesdə dünyasını dəyişib.

P.S. Ermənilər Müqəddəs Terezanı, İohann Sebastian Baxı və digər böyük şəxsiyyətləri özününküləşdirməyə çalışarkən, Azərbaycanın Əli Cavan kimi haqqında məlumatımız olmayan onlarla dahisi var. Bayağı şou xəbərləri əvəzinə tariximizin belə fəxri simalarını tanıtmaq Azərbaycan naminə atılan ən gözəl addımdır.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi