Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Qəbələdə XI Beynəlxalq Musiqi Festivalı başlayıb

Qəbələdə XI Beynəlxalq Musiqi Festivalı başlayıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilk konsert 2019-cu ilin 31 iyul tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib. Avqustun 5-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcəklər.

Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrin iştirakı ilə keçirilmiş konsert nəcib və zəngin əsərlər və ifalar ilə yadda qaldı. Təcrübəli və tanınmış dirijor Cavad Tağızadənin rəhbərliyi ilə gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərləri səsləndi. Gənc və çox istedadlı solistlər Taleh Yahyayevin (bariton), Nigar Cəfərovanın (soprano), Mahir Tağızadənin (bariton), Rəsul Əliyevin (fleyta), Nəzrin Aslanlının (violin), Safura Aslanovanın (vokal), Məmmədəli Paşazadənin (klarnet) çıxışları zalda əyləşmiş çoxsaylı tamaşaçıları valeh etdi.

Festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Mədəniyyət Mərkəzində reallaşacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçəcək konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Yeganə Axundova (piano) səhnəyə çıxacaqlar.

Festival günlərində musiqisevərlər “Kiyev virtuozları” simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Naz-nazı” muğam qrupunun, “Clarte” klarnet kvartetinin, xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə edəcəklər.

Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert də keçiriləcək.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi