Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Yaranı sağaltmaq üçün bədən temperaturunu istifadə edən bint hazırlanır

Yaranı sağaltmaq üçün bədən temperaturunu istifadə edən bint hazırlanır

Harvard Universitetinin alimləri, yaraların sağalma sürətini artıracaq və hər hansı bir yan təsir yaratmadan yaranı müalicə edə biləcək bir bint üzərində çalışırlar.

Bir neçə istisnanı saymasaq, bint adətən yaranı sağaltmaq üçün deyil, yaranın üstünü örtmək üçün istifadə edildiyini deyə bilərik. Ancaq bu bint yaraları sağaldacaq.

Rüşeymlər inkişaflarında müəyyən bir nöqtəyə qədər dəri yaraları sağalınca iz buraxmırlar. Bunun səbəbi, bu kimi yaraların ətrafındakı dəri hüceyrələrinin, "aktin" kimi tanınan zülal edilmiş liflər istehsal etməsidir. Bu liflər yığılaraq kənarlarını bir araya gətirir və yaranı sağaldır. Beləliklə, hər hansı bir yara toxuması əmələ gəlmir.

Montrealdakı Makgil Universitetində həmkarları ilə birlikdə çalışan Harvard Universitetinin alimləri, bu prosesi bir bintlə həll etməyə başladılar. Əldə edilən aktiv yapışqan bint, gümüş nanopartiküller və "PNIPAm" olaraq adlandırılan temperatura dözümlü polimer əlavə olunmuş bir yosun mənbəyi olan yapışqan aljinat hidrojelden keçirilib. Bu polimer su keçirməməklə qalmır, eyni zamanda 32 °c temperaturda daralır.

Yaraya tətbiq edildikdə, dəriyə qüvvətli bir şəkildə yapışır. Daha sonra bədən temperaturu PNIPAm-ı isidir və gelin yığılmasına səbəb olur. Bintin qoyulduğu cild də bu sayədə yaranı sürətli və təsirli bir şəkildə bağlayır. Potensial olaraq infeksiyaya səbəb olan bakteriyaların çoxu da gümüş nanopartiküller tərəfindən öldürülür.

Gel PNIPAm miqdarını dəyişdirilərək dərinin sağalma dərəcəsi də nizamlanır. Laboratoriya sınaqlarında yeni bintin donuz dərisinə yara bintindən 10 qat daha güclü bir şəkildə yapışdığı qeydə alınıb. Eyni zamanda, siçovullardakı yara böyüklüyünü yüzdə 45 nisbətində azaldarkən, başqa bir nəzarət qrupunda müalicə edilməyən yaraların ölçülərində heç bir azalma görülmədiyi də müşahidə olundu. Əlavə olaraq hər hansı bir infeksiya və ya yan təsir ortaya çıxmadı.

Harvard Universitetindən Doktor Bencamin Freedman, bintin təkmilləşdirmə prosesini araşdırmağa davam etdiklərini söylədi. Bununla yanaşı, bintin fərqli istilik dəyərlərində necə bir performans göstərəcəyini də araşdırdıqlarını əlavə edib.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi