Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Dəniz qumunun müalicəvi xüsusiyyətləri

Dəniz qumunun müalicəvi xüsusiyyətləri

Gümüşü suların çırpılaraq geri qayıtdığı, qırçın dalğaların balıqqulağı ilə zənginləşdirdiyi qumlu sahillər istirahət məkanı olmaqla yanaşı, həm də sağlamlıq və şəfa mənbəyidir. Bir sıra xəstəliklərin müalicəsində dəniz qumunun xüsusi əhəmiyyəti var.

"Antenn.az" "AZƏRTAC" -a  istinadla xəbər verir ki, dəniz qumu insan orqanizmi üçün çimmək və günəş vannası qədər faydalıdır. Nəm dəniz qumunda gəzmək damarları genişləndirir, arterial təzyiqi normallaşır, miqrenə müsbət təsir göstərir. Revmatizmdən əziyyət çəkənlərə də qum üzərində gəzmək məsləhət görülür.

Qumun istiliyi dəri, oynaq və daxili orqanların reseptorlarını qıcıqlandırır, mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlarına təsir edərək kapillyar və arteriyaların işini yaxşılaşdırır, bununla da qan axını güclənir və onun bölüşdürülməsi baş verir, ürək-damar sisteminin iş prinsipini nizama salır. Dəniz qumu təbii pilinq rolu oynayır və bəzi dəri xəstəliklərini müalicə edir, ayaq dabanlarına təbii pedikür təsiri bağışlayır. Qum ilə yüngülcə ovulan dəri daha çox təmiz və təbii görünür. Dəniz qumu qan dövranını sürətləndirdiyi üçün oynaq ağrılarını yüngülləşdirir.

Lakin dəniz qumunun faydası ilə yanaşı zərərli cəhətləri də var. Məsələn, qumda çox qalmaq iflic hissi yaradır, təzyiq, şəkər, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülmür.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi