Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Avqustun birinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlüyü gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində avqustun 2-i axşamdan 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 05-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlagədar əhalini acıq havada olarkən bu faktoru nəzərə almalarını tövsiyə edir.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi