Avropa Liqası: "Qarabağ" və "Neftçi"nin "pley-off"da potensial rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər.
Bu, "Qarabağ" Kipr APOEL-ini keçə bilməyəcəyi, "Neftçi" isə İsrail "Bney Yehuda"sını üstələyəcəyi halda baş verəcək.
"Qarabağ" Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşüb. Bu isə o deməkdir ki, rəqib səpələnməmişlər səbətindəki 5 cütlükdən birinin qalibi olacaq:
"Sutyeska" (Monteneqro) / "Linfild" (Şimali İrlandiya) cütünün qalibi
"Lüdoqorets" (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi
"Sarayevo" (Bosniya və Herseqovina) /BATE(Borisov, Belarus) cütünün qalibi
"Astana" (Qazaxıstan) / "Valletta" (Malta) cütünün qalibi
"Slovan" (Bratislava, Slovakiya) / "Dandolk" (İrlandiya) cütünün qalibi
"Neftçi" isə Liqa Yolunda "Bney Yehuda"nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:
"Antverpen (Belçika) / "Viktoriya" (Plzen, Çexiya) cütünün qalibi
"Bröndbü" (Danimarka) - "Braqa" (Portuqaliya) cütünün qalibi
"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Frankfurt, Almaniya) cütünün qalibi
"Malmö" (İsveç) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
"Partizan" (Serbiya) / "Malatyaspor" (Türkiyə) cütünün qalibi
İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.
Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

