Güclü külək sabahdan tədricən mülayimləşəcək

Avqustun 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan daxilində 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 6-7-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

