Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Ancelina Coli: Dünyanın daha güclü qadınlara ehtiyacı var

Ancelina Coli: Dünyanın daha güclü qadınlara ehtiyacı var

Məşhur amerikalı aktrisa, BMT-nin qaçqınlar üzrə xüsusi elçisi Ancelina Coli bildirib ki, müasir dövrdə dünyanın daha güclü qadınlara ehtiyacı var. Bəşər tarixinin başlanğıcından zərif cinsin nümayəndələrinin daim əzildiyi və qadın toplumunun öz taleyi ilə barışdığını diqqətə çatdıran xanım Coli vurğulayıb ki, bu ürəksıxıcı mənzərəyə son qoyulmalıdır.

Aktrisa Elle Magazine nəşrinə yazdığı essedə qeyd edib: “İşimlə bağlı dünyanın bir çox ölkələrinə səyahət etmişəm və elə yerlər olub ki, düşünmüşəm: bu ölkənin vətəndaşı olsaydım inanclarıma və qadın olduğuma görə həbsxanaya düşə, yaxud psixi vəziyyətim pisləşə bilərdi. Qadın hüquqlarının müdafiəçiləri bütün dünyada siyasi baxışlarına görə təqiblərə məruz qalırlar və özlərini müdafiə etmək üçün daha güclü olmaq məcburiyyətindədirlər. Dünyaya nəzər saldıqda bir sual meydana çıxır; nədən zərif cinsin nümayəndələrini ikinci planda saxlamaq üçün bu qədər böyük səylər göstərilir?”

Ancelina Coli əlavə edib ki, məhz təqib və təhqirlərdən cana doymuş qadınlar güclü olmaq istəyirlər. Onlar köhnə qaydaları rədd edir, özü və ailəsi üçün daha xoşbəxt günlərə işıq salan yeni həyata can atırlar. Onun sözlərinə görə, zalımlara təslim olmayan qadınlar tez-tez öz ailə üzvləri və ya cəmiyyət tərəfindən cəzalanmaq riski ilə üzləşirlər. “Biz bu cür vəziyyətə dözə bilmərik və dünyanın güclü qadınlara ehtiyacı var”, -deyə Coli vurğulayıb.

BMT-nin qaçqınlar üzrə xüsusi elçisi vəzifəsini daşıyan aktrisa dünyanın ən gərgin nöqtələrində - silahlı münaqişə zonalarında insanların vəziyyəti ilə tanış olub. Suriya və Pakistanda rastlaşdığı humanitar böhranı təsvir edən aktrisa yazır: “Pakistandakı əfqan düşərgəsində “Taliban”ın hakimiyyəti dövründə qaçqın düşmüş bir ata ilə söhbət etdim. Qızlarını məktəbə göndərdiyi üçün onu çox pis döymüşdülər və qara ciyərini itirdiyindən gözlərinin ağı saralmışdı. Dünyanın vicdanlı adamları məhz bu cür hallara qarşı mübarizə aparmalıdırlar”.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi