Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

"Gündoğan ölkə"nin "Səma ağacı" - dünyanın ən hündür teleqülləsi

"Gündoğan ölkə"nin "Səma ağacı" - dünyanın ən hündür teleqülləsi

"Antenn.az" "report"-a istinadla xəbər verir ki, Tokionun "Səma ağacı" və ya orijinal adı ilə desək, "Tokyo Skytree" dünyanın ən hündür teleqülləsi və "Bürc Xəlidə"dən sonra dünyanın ən hündür ikinci binasıdır.

O, 2012-ci ilin fevral ayında istifadəyə verilib və dərhal Yaponiya paytaxtının ən görməli yerlərindən birinə çevrilib.

Teleqüllənin baş meneceri Keyci Tsukaharanın  bildirdiyinə görə, teleqüllə 634 metrlik hündürlüyə malikdir. Bu, "Gündoğan ölkə"nin hündürlüyünə görə ikinci qülləsi olan "Tokyo Tower"in göstəricisindən (333 metr) demək olarsa, iki dəfə çoxdur. Ümumilikdə isə bu, Yaponiyada nəvaxtsa inşa edilmiş ən hündür tikilidir.

Yaponiya paytaxtını izləmək üçün turistlərə 350 metr hündürlükdə yerləşən platformaya çıxmaq təklif olunur. Burada restoran, kafe və hədiyyə mağazaları var. Daha bir platforma - "Tembo Gallery" daha yüksəkdə - 450 metr yüksəklikdə yerləşir.

360 dərəcə mənzərəli panoramik pəncərələrdən bütün Tokio ovcunun içindəki kimi görünür. Özü də şəhər sadəcə sonsuz, ucu-bucağı olmadan görünür. Bu meqapolis o qədər böyükdür ki, nə qədər çalışsan da, üfüq xəttini axıra qədər görmək mümkün deyil. 

K.Tsukakharanın sözlərinə görə, bu görünüşü "zamandan və məkandan kənar landşaft" adlandırmaq olar.

Həmçinin şüşə döşəmə ziyarətçilərə düz ayaqlarının altından küçələrin görünüşünü izləməyi təqdim edir.

Amma televiziya və müşahidədən başqa, bu qüllənin daha bir funksiyası var: qüllə o qədər hündürdür ki, onun zirvəsindən yaxınlaşan yağış və ya qasırğanı görmək və yaxınlaşan təbii fəlakət barədə xəbərdarlıq eləmək olar. "Qüllənin üzərində quraşdırılan qurğuların köməyi ilə küləyin istiqaməti və gücünü müəyyənləşdirmək mümkündür, fövqəladə hallarda minlərlə insan oradan sığınacaq kimi istifadə edə bilər. Bir sözlə, qüllə həm də təbii fəlakətlərin qarşısının alınması mərkəzi rolunu yerinə yetirir", - baş menecer bildirib.

"Tokyo Skytree" həmçinin, istənilən zəlzələnin 50%-ə qədər gücünü "udmaq" qabiliyyətinə malik konstruksiyası ilə də məşhurdur. Mərkəzi sütunun xüsusi strukturu seysmik zonada yerləşilməsi nəzərə alınmaqla qədim yapon paqodaları prinsipi əsasında inşa edilib.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi