Bağçaları idarə edən qurumun işçilərinin maaşı artırıldı

Bağçaları idarə edən qurumun işçilərinin maaşı artırıldı. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb. Beləliklə, bu sahədə idarə rəisinin maaşı 517 manatdan 720 manata, idarə rəisi müavininin maaşı 374 manatdan 520 manata, baş mühasib, sektor müdirinin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavini, baş məsləhətçinin maaşı 319 manatdan 445 manata, Metodiki Mərkəzin müdirinin maaşı 308 manatdan 430 manata, aparıcı məsləhətçinin maaşı 297 manatdan 415 manata, məsləhətçinin maaşı 292 manatdan 405 manata, metodistin maaşı 281 manatdan 390 manata, bölmə rəhbərinin maaşı 270 manatdan 375 manata, böyük iqtisadçı, böyük mühasibin maaşı 264 manatdan 370 manata, aparıcı mühasibin maaşı 253 manatdan 350 manata, iqtisadçı, mühasib, kompüter üzrə mütəxəssisin maaşı 242 manatdan 340 manata, sürücünün maaşı 210 manatdan 320 manata, katibə-kompüter operatorunun maaşı 210 manatdan 295 manata, xadimə və fəhlənin maaşı 180 manatdan 260 manata qaldırılıb. Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

