Qəhvə ürək-damar xəstəlikləri, piylənmə, başağrıları, diabet və demensiyadan müdafiə edir

Kolorado Universitetini təmsil edən alimlər qəhvənin ürək-damar sisteminə təsirindən danışıblar. Mütəxəssislər bundan ötrü populyar içkinin təsiri barədə üç iri tədqiqatı təhlil ediblər.
Elmi işin müəlliflərindən biri olan doktor Laura Stivensin sözlərinə görə, hər üç tədqiqatda diqqət qəhvənin ürək-damar sistemi xəstəliklərinin yaranması riski ilə bağlılığına yönəldilib. Qəhvə ağacının dənlərindən qovrulmuş və döyülmüş içki ürək çatışmazlığının əmələ gəlməsi ehtimalını 7 faiz və insult riskini 8 faiz azaldır.
Qəhvə insanı artıq çəki toplanması və başağrılarından müdafiə etmək xassəsinə malikdir, öd daşlarının əmələ gəlməsinin qarşısını alır, ikinci tip diabet xəstəliyinin yaranması riskini və demensiya ilə qarşılaşma ehtimalını azaldır. Bu içki Parkinson xəstəliyinin qarşısını da almağa kömək edir. Baş-beyində dofaminin hasil edilməsinə cavabdeh olan neyronların sıradan çıxması nəticəsində xəstəlik inkişaf edir. Qəhvə sayəsində risk 30-60 faiz azalır. Artıq Parkinson xəstəliyi ilə qarşılaşmış insanlar da qəhvə qəbul edə bilər. Makgil Universitetindən olan mütəxəssislərin fikrincə, xəstələr kofeinin köməyi ilə hərəkətlərə daha yaxşı nəzarət edə bilərlər.
Qəhvənin tərkibində təkcə oksidantlar və kofein deyil, həmçinin manqan, kalium, maqnezium, B2, B3, B5 vitaminləri var. Məhsul içkinin tərkibində qalan və orqanizm tərəfindən mənimsənilən qidalandırıcı maddələrə malikdir. Qəhvə dənələri faydalı sellülozla zəngindir.
Qəhvə insan orqanizmi üçün faydalı ola bilər, lakin həddən artıq istifadə olunarsa, o zaman mənfi təsir göstərə bilər. Alimlər bu içkidən orta səviyyədə - sutkada 300 millilitrdən artıq kofeindən (3-4 fincan üyüdülmüş və ya 5 fincan həll olan) istifadə etməməyi məsləhət görürlər. Mütəxəssislər, həmçinin yüksək təzyiq, mədə və sidik kisəsi ilə bağlı problemlər zamanı bu içkidən imtina olunmasını tövsiyə edirlər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

