Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:05 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Misir xarici turistləri “Instagram” vasitəsilə ölkəyə cəlb edəcək

Misir xarici turistləri “Instagram” vasitəsilə ölkəyə cəlb edəcək

Misir ölkəsinin turizm imkanlarının təşviqi məqsədilə qlobal reklam kampaniyasını işə salıb. Bunun üçün tarixdə ilk dəfə olaraq əsas platforma kimi  “Instagram” sosial şəbəkəsindən istifadə ediləcək.

 Misirin Turizm Nazirliyi ənənəvi reklam kanallarından imtina edərək, daha gənc və fəal səyahətçiləri ölkəyə sosial media şəbəkəsi vasitəsilə cəlb edəcəyini açıqlayıb. Turist axınının ölkəyə cəlb olunması məqsədilə nazirlik sosial şəbəkələrdə ümumi 20 milyon istifadəçisi olan “Beautiful Destinations” şirkəti ilə müqavilə bağlayıb. Bu şirkətin əsas fəaliyyət meydanı 12,7 milyona yaxın izləyicisi olan “Instagram” şəbəkəsidir.

Misirin Turizm naziri Raniyə Maşat bildirib ki, “People To People” adlı yeni kampaniya, o cümlədən “yerli əhalinin qonaqpərvərliyi və açıqlığı” sayəsində ölkəyə turistləri cəlb etməyə imkan verəcək. O, həmçinin qeyd edib ki, nazirliyin əsas məqsədi həm də yerli əhalının birbaşa ya dolayısı ilə turizm sektorunda çalışması üçün imkanların yaradılmasıdır. R.Maşat deyib: “Bu məqsədlərə nail olmaq istiqamətində biz səyahətçilərə Misir haqqında təsəvvürü dəyişmək, onun tanınmayan tərəflərini nümayiş etdirmək, insanları barədə məlumat vermək niyyətindəyik”

Misirin turizm nazirliyinin məlumatında qeyd olunur ki, iki dəqiqədən çox olan ilk videoçarxda həm ölkənin “gizli mirvarilərini”, həm də turistik istiqamətin bütün cəlbedici tərəflərini göstərmək mükündür. Videoçarxda ənənəvi Giza Piramidalarından və Luksorun heykəllərindən, İskəndəriyyənin və Asuanın görüntülərindən başqa, səhralar, hava şarında uçuş, balıq bazarı, dağa dırmaşma və digər fəal istirahət növləri görüntülənir.

 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi