Köhnə qəhvə kapsullarından yeni velosiped

Qəhvənin alüminium kapsullarda satışı üzrə ixtisaslaşan tanınmış İsveçrə şirkəti “Nespresso” yeni innovativ ekoloji layihəyə imza atıb. Layihə İsveçrənin “Nestle” şirkətlər qrupuna daxil olan bu markanı dünyada məşhur edən alüminium kapsullarının təkrar emalını nəzərdə tutur.
Hazırda kapsul istehsalçıları eksklüziv velosipedlər hazırlayan isveçli Cimmi Östholm ilə maraqlı bir ekolayihə həyata keçirirlər. Velosipedçi “RE:CYCLE” adı altında “Velosofiya” velosipedləri istehsal edir. Həmin velosipedlərin metal hissələri əridilmiş və 95 faizi təkrar emal edilən qəhvə kapsullarından hazırlanır.
Layihəyə əsasən, bu velosipedlərdən cəmi 1000-i bazara çıxarılacaq. Bundan əlavə, “Nespresso” şirkətinin layihə çərçivəsində çox təsirli və düşündürücü hədiyyəsi də nəzərdə tutulub. Satılmış hər bir velosipedin əvəzinə (1 velosipedin satış qiyməti 1290 avro olacaq) şirkət inkişaf etməkdə olan ölkələrdə bir məktəbli qıza velosiped hədiyyə edəcək.
Qeyd edilməlidir ki, alüminium həssas qəhvə ətrini qoruyub saxlamaq üçün mükəmməl örtük materialı olsa da, boksit mineralından əldə edilən bu yüngül metal tullantıya çevrildikdə ətraf mühitə son dərəcə ciddi zərər vurur. “Global2000” təbiəti mühafizə təşkilatından bildirilib ki, inanılmaz miqdarda xammal və enerjinin tələb olunduğu alüminium kapsullar çox praktik olmalarına baxmayaraq, mənfi ekoloji təsirə malikdirlər.
Məhz buna görə də, “Nespresso” layihələri vasitəsilə öz qəhvə kapsullarını yenidən emal etməyə və bununla da, ətraf mühit balansını yaxşılaşdırmağa, çalışır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

