“Boeing” 737 MAX fəlakətinin qurbanı olmuş şəxslərin ailələrinə $100 mln ayıracaq

"Antenn.az" "Banker.az"-a istinadən xəbər verir ki, bu haqda amerikan korporasiyasının rəsmi saytında məlumat verilib.
“Biz hər iki fəlakətdə faciəvi həyat itkisinə təəssüf edirik. Qurbanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Ümid edirik ki, bizim bu addımımız onlara az da olsa təsəlli verəcək”, – deyə şirkətin rəhbəri Dennis Muilenburg bildirir.
Qeyd edildiyi kimi, vəsait qurbanların uşaqlarının təhsilinə, gözlənilməyən xərclərə və digər ehtiyaclara xərclənəcək.
Sərmayə bir neçə il ərzində həyata keçiriləcək. Şirkət yerli hakimiyyət orqanları və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq etməyi planlayır.
Boeing 737 MAX təyyarəsi 2018-ci ilin oktyabr ayında İndoneziyada, mart ayında isə Efiopiyada qəzaya uğrayıb. Qəza nəticəsində dünyasını dəyişmiş insanların sayı müvafiq olaraq 189 və 157 nəfər olub. Bu hadisələrdən sonra bir çox ölkələr 737 MAX modelinin istifadəsindən imtina edib.
2019-cu ilin mayında The Wall Street Journal qəzeti şirkətin təyyarələrin proqram təminatında müəyyən nasazlıqlar aşkar etməsi barədə məlumat verib. Konsern bu problemi 2020-ci ildə aradan qaldırmağı planladığını boynuna alıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

