"Yanğın olsa, arvadımdan əvvəl onu xilas edərəm"

Hollivudun örnək cütlüklərindən hesab edilən Rayan Reynoldsla Bleyk Lavli bir hədiyyə ilə gündəmdədir.
Aktyor xanımının ona hədiyyə etdiyi tablonu sosial şəbəkədə paylaşıb. Sənət əsərində yanında it olan bir uşaq qəzet satarkən təsvir edilib.
"Şəkildəki ev mənim uşaqlıqda yaşadığım evdir. Ailəmlə orada illərimiz keçib. Artıq həmin ev yoxdur. Ancaq hər zaman mənim xatirəmdədir" deyə, o paylaşımda yazıb.
Rəsm əsərinin həyat yoldaşı tərəfindən verilən ən dəyərli hədiyyə olduğunu vurğulayan Reynolds "Evdə yanğın çıxsa ilk onu xilas edəcəyəm. Arvadım üçün sonra geri qayıdaram" deyə, zarafatyana qeyd edib.
Qeyd edək ki, cütlük 2012-ci ildə “Green Lantern” filminin çəkilişləri zamanı tanış olub və ailə qurub. Cütlüyün 2014-cü ildə ilk, 2016-cı ildə ikinci övladları dünyaya gəlib. Onlar üçüncü uşaqlarına qovuşmaq üçün gün sayırlar.

Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

