Sakitləşdirici bitki dəmləmələrinin içilməsi gün ərzində enerjili olmağa xidmət edir

Mütəxəssislər zehni yorğunluq və yaddaş zəifliyinin qidalanma, həyat tərzi və idmandan çox asılı olduğunu söyləyir. İdeal çəki, normal həyat sürmək və idmanla məşğul olmaq onun aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rol oynayır. Tam güclü və enerjili olmaq üçün bir sıra məsləhətlərə əməl edilməlidir.
Həkim-fitoterapevt Fizulu Hüseynovun dediyinə görə, ən yaxşısı, gündə 5-6 dəfə qidalanmaq və hər gün mütləq səhər yeməyi yeməkdir. “Bir ədəd alma və ya banan, südlə və ya yoqurtla bulka yeməklə qəlyanaltı etmək olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü, makaron məmulatlarını, kifayət qədər süd məhsullarını, balıq və yağsız əti birləşdirməli, təzə meyvə, tərəvəz və göyərtidən çox istifadə edilməlidir.
Yatmağa 3 saat qalmış çay, kofe və toniklərdən imtina olunmalıdır. Bal və ya südlə sakitləşdirici bitki dəmləmələrinin içilməsi daha yaxşı təsir göstərir. Yataq otağı nə qədər sərin olsa, yuxulamaq bir o qədər asan, yuxu bir o qədər dərin və yaxşı olur.
Fokusu dəyişmədən uzun müddət bir nöqtəyə baxanda göz əzələlərinin gərginləşməsi yorğunluğa səbəb olur. Kağız və ya kompüterlə işlədikdə müntəzəm olaraq gözə istirahət verilməlidir ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir 3-4 dəqiqə uzağa və ya ətrafa baxmaq lazımdır”.
Gün ərzində su və şirələr qəbul edilməsinin, səhər acqarına su içməklə başlamağın da çox faydalı olduğunu söyləyən həkim-fitoterapevt enerjili və xoş ovqatda olmaq üçün daha bir neçə məsləhət verib: “Həftədə üç porsiya mal və qoyun ətinin qida rasionunda olması orqanizmi lazım olan miqdarda dəmirlə təmin edir. Tünd-yaşıl tərəvəzlərin, çuğundur, ispanaq və kələmin də tərkibində dəmir var. C vitamini dəmirin mənimsənilməsinə, kalsium isə əksinə təsir edir.
Qaraciyər orqanizmi hava və qida ilə daxil olan hər cür zərərli maddələrdən təmizləyir. Həddindən artıq gərgin işlədikdə yorğunluq və zəiflik hissi yaranır. Ona görə də çoxlu antioksidantlar qəbul etmək məsləhətdir.
Özündən narazılıq və özünü qiymətləndirməmək çox vaxt xroniki yorğunluğa səbəb olur və depressiyaya aparıb çıxarırsa, psixoloqa müraciət etmək olar. Digər çıxış yolu təzə paltar almaq, bərbərxanaya getmək, səyahətə çıxmaq və sairlərdən ibarətdir. Bundan alınan məmnunluğa beyində hazırlanan xüsusi maddə səbəb olur və antidepressantsız da əhval-ruhiyyənin yüksəlməsinə kömək edir”.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

