18 sentyabrdan “YouTube”da mesaj göndərmək funksiyası ləğv ediləcək

18 sentyabr tarixindən başlayaraq YouTube istifadəçiləri digər istifadəçilərə mesaj göndərə bilməyəcəklər. YouTube-da mesaj göndərmək özəlliyi ünsiyyət forması kimi o qədər də məşhur deyil idi. Lakin bu özəllik vasitəsilə digər tətbiqlərə daxil olmadan kiməsə video göndərmək daha asan idi. Videoservisin təmsilçiləri bu funksiyanın nəyə görə ləğv ediləcəyi barəsində məlumat verməyiblər.
Onlar yalnız bildiriblər ki, öz diqqətlərini videoservisin şərhlər bölməsini təkmilləşdirməyə yönəldəcəklər. “Biz daimi olaraq öz prioritetlərimizə nəzər yetiririk və indi YouTube-da birbaşa mesajlar funskiyasnın ləğv edilməsi qərarını almışıq. Eyni zamanda biz ictimai söhbətlər özəlliyinin təkmilləşdirilməsinə öz diqqətimizi ayırmışıq” – deyə YouTube təmsilçisi bildirib.
Ola bilər ki, gələcəkdə videosservisdə şərhlərin moderasiyası üçün daha çox alətlər istifadəyə verilsin. Videoservisin mobil tətbiqində istifadəçilər əvvəlki kimi sosial şəbəkələr düyməsinə klik edərək videoları birbaşa saytın özündən göndərə biləcəklər. Lakin vdeoservisin veb versiyasında istifadəçilər hansısa videonun linkini kopyalayıb daha sonra həmin linki hansısa sosial şəbəkəyə daxil olaraq digərlərinə göndərə biləcəklər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

