Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

G7 sammiti rəsmi Bəyannamə olmadan başa çatıb

G7 sammiti rəsmi Bəyannamə olmadan başa çatıb

Fransanın Biarrits şəhərində keçirilən G7 sammiti rəsmi Bəyannamə olmadan başa çatıb. Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderlərinin yekun tədbirində - işgüzar şam yeməyində ABŞ Prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə G8 formatına qayıtmağı tələb edib. The Guardan qəzetinin diplomatik mənbələrə istinadla yaydığı xəbərə görə, onun bu təklifini Avropa ölkələrindən yalnız İtaliya dəstəkləyib. Yaponiyanın Baş Naziri Sindzo Abe isə bu məsələdə neytral qalıb. D.Tramp onu əsas gətirib ki, İran, Suriya və Şimali Koreya ilə bağlı problemlərin həllində Moskva mütləq iştirak etməlidir.

G7 qrupuna daxil olan ölkələrin liderləri Amazon meşələrində davam edən yanğınların söndürülməsi üçün Braziliyaya yardım göstərilməsi məsələsinə dair də razılıq əldə ediblər. Böyük Britaniyanın Baş Naziri Boris Conson bəyan edib ki, onun ölkəsi bu məqsədlə 10 milyon funt sterlinq ayırıb.

Daha bir qlobal əhəmiyyətli məsələ - ticarət müharibələrinin səngiməsi ilə bağlı müzakirələr isə gərgin keçib. ABŞ Prezidenti yeni qlobal ticarət sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirib və qeyd edib ki, hazırkı şərtlərlə ticari münasibətlər, xüsusən Çinlə iqtisadi əlaqələr Vaşinqtonu qane etmir. Avropa ölkələrinin liderləri isə ABŞ-Çin ticarət müharibəsinin onların iqtisadiyyatına zərər verdiyini vurğulayıblar.

Dünyanın silahlı münaqişə bölgələri ilə bağlı müzakirələr də gərgin keçib. Suriyadakı vəziyyət, İranın nüvə proqramı, Hörmüz boğazında gəmilərin naviqasiyasının təhlükəsizliyi, Şimali Koreyanın raket sınaqları üzrə ətraflı fikir mübadiləsi ilə yanaşı, Brexitin Avropa və dünya iqtisadiyyatına təsiri də gündəlikdə olub.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi