Almaniyada avtomobillərin olmadığı kurort şəhəri

Almaniyanın Şimal dənizi akvatoriyasında bu ölkənin tərkibinə daxil olan 6 adadan biri də Yust adasıdır. Onu bəzən Friz adası da adlandırırlar. Yust “Aşağı Saksoniya dayaz dəniz sahəsi” milli parkının ərazisində yerləşir.
Məsələ orasındadır ki, bu adada avtomobillər olmadığından sakitliyi sevən turistlər burada əsl cənnətə düşürlər. Maraqlıdır ki, hətta at faytonları belə adada piyadaların sürətinə uyğun hərəkət etməlidir. Hər il Yust adasında 130 mindən çox turist təxminən iki həftə müddətində istirahət edir.
Adanın maksimum eni 1 kilometrdir. Bu unikal landşaft Şimal dənizinin digər kiçik adaları ilə birlikdə UNESKO-nun təbiət abidələrinin Dünya İrsi siyahısına daxil edilib.
Bu regionun digər dəniz kurortlarında da avtomobil nəqliyyatının hərəkəti qadağan edilib və ya məhdudlaşdırılıb. Onların arasında Baltrum, Gelqoland, Langeoq, Şpikeroq və Vangeroq adaları var.
Bir sözlə, əgər siz gərgin əmək fəaliyyətindən sonra Almaniyanın rahat guşəsinə çəkilərək dincəlmək istəyirsinizsə, onda Yust adası sizin üçün ideal istirahət məkanıdır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

