Bakı
20.03° Buludlu
Sağlam saat
İndi Efirdə 17:05 - 18:00 Azər Bəy `in təqdimatında
USD - AZN
EUR - AZN

Elektron siqaret heç də ziyansız deyil – ilk ölüm faktı qeydə alındı

Elektron siqaret heç də ziyansız deyil – ilk ölüm faktı qeydə alındı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) elektron siqaret istifadə edənlərdə yay aylarında ortaya çıxan sirrli ağciyər xəstəliyi ilə bağlı ilk dəfə bir adam həyatını itirib.

 Bu barədə İllinois Xalq Sağlamlığı İdarəsindən məlumat verilib.

Bildirilib ki, İllinois ştatında ağciyər narahatlığı ilə bağlı xəstəxanaya aparılan bir adam ölüb. Eyni səbəbdən xəstəxanaya 22 nəfər gətirilib. 12 nəfərin müalicəsi hələ davam edir.

17-38 yaş arasında olan bu xəstələr hava çatışmazlığı, nəfəs kəsilməsi və sinə ağrıları ilə xəstəxanaya yerləşdiriliblər. Qusma, ishal və əldəndüşmə kimi həzm sistemilə bağlı şikayətlərlə də xəstəxanaya müraciət edənlər olub.

“Semptomların təkcə bir xəstəliklə bağlı olub-olmadığı dəqiqləşməyib. ABŞ Xəstəliyə Nəzarət və Qorunma Mərkəzi mütəxəssisləri hadisəni araşdırmaq üçün avqustun 21-də İllinoisə gəliblər”, - deyə İllinois Xalq Sağlamlığı İdarəsinin direktoru Nqozi Ezike bilirib.

N.Ezike əlavə edib ki, ümumilikdə, 28 iyun-20 avqust tarixlərində ölkə daxilində 16 ştatda elektron siqaret istifadə edən 153 nəfər ağciyər narahatlığı şikayətiylə sağlıq mərkəzlərinə müraciət edib.

ABŞ Səhiyyə Nazirliyi 2018-ci ilin dekabrında verdiyi hesabatda ölkədə 2017-2018-ci illərdə orta məktəb şagirdləri arasında elektron siqaret cihazlarının istifadəsinin 78 faiz artdığın bildirmişdi. Bu gənclərin 27 faizi fasiləsiz elektron siqaret istifadə edənlərdir.

Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın Stanford Universitetinin Tibb fakültəsinin professoru Cozep Vunun rəhbərliyi ilə elektron siqaretlərlə bağlı araşdırma aparılıb. Məlum olub ki, elektron siqaretlər ənənəvi siqaretlərin təhlükəsiz alternativi deyil.

Mütəxəssislərə görə, ənənəvi siqaret çəkən zaman insan nə qədər tütün qəbul etdiyini bilir. Ancaq elektron siqaretlər aldadıcı ola bilir. Çox qısa müddətdə insan fərqinə varmadan böyük miqdarda nikotin qəbul edə bilər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi