Fransa Prezidenti: Dünyada Qərbin hegemonluğu başa çatır

Dünyada baş verən coğrafi-siyasi dəyişikliklər səbəbindən Qərbin hegemonluğu başa çatır. Bu fikri Fransa Prezidenti Emmanuel Makron respublikanın səfirləri ilə keçirdiyi müşavirədə səsləndirib.
E.Makron deyib: “Biz dünyada Qərbin hegemonluğunun başa çatdığını görürük. Şərait dəyişir. Bu, ilk növbədə, yeni dövlətlərin mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Çin ilk sıraya çıxıb, Rusiya isə öz strategiyasında böyük uğur qazanır”.
E.Makron əlavə edib ki, Fransa üçün Rusiya ilə münasibətlərə yenidən baxmaq və daha güclü əlaqələr qurmaq zəruridir. “Biz Avropada yerləşirik, əgər Rusiya ilə yeni münasibətlər yaratmasaq, onda gərginlik, “dondurulmuş” münaqişələr və “soyuq müharibə”nin nəticələri ilə üz-üzə qala bilərik. Gündəlik olaraq bu istiqamətdə addımlar atılmalıdır”, deyə Fransa Prezidenti vurğulayıb. O qeyd edib ki, Rusiyanın iştirakı olmadan Avropada etimad mühitinin və təhlükəsizliyin olduğu yeni arxitektura qurmaq mümkün deyil.
Fransa Prezidenti diqqətə çatdırıb ki, ölkəsinin Xarici İşlər və Silahlı Qüvvələr nazirliklərinin nümayəndələri bir neçə gündən sonra Moskvada danışıqlara başlayacaqlar.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

