Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

"Qarabağ" - "Linfild" oyunu ilə bağlı Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri görülüb: "Oyun Bakı vaxtı ilə saat 20:00-da başladığı üçün metro stansiyalarının əlavə saatlarda işləməsinə ehtiyac yoxdur. Yəni, oyun maksimum saat 22:00-da başa çatacaq. Metro isə adi günlərdə saat 00:00-a qədər işləyir. Ona görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq. Amma buna baxmayaraq, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün "Bakı Metropoliteni" bütün lazımı tədbirlər görüb.
Həmin gün əsasən metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq".
Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild" klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

