"Qarabağ" bu gün ardıcıl altıncı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazana bilər

“Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxacaq.
Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu “Linfild”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
İlk matçı cəza üzündən buraxan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda sıraya dönüb. Həmçinin sol cinah müdafiəçisi Ailton Silva və dayaq yarımmüdafiəçisi Simeon Slavçev meydana çıxmağa tam hazırdırlar. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin zədəsi isə davam edir.
“Qarabağ” ilk görüşdə uduzsa da, səfərdə vurulan 2 qolu üstünlük saymaq olar. Ağdam təmsilçisi 1:0 və 2:1 hesablı qalibiyyətlərlə yoluna davam edə bilər. Bu baş verərsə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ardıcıl 6-cı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanmış olacaq. “Köhlən atlar” indiyədək Azərbaycan üçün rekord sayda - 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrupunda yer alıb.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya)
Baş hakim: Sergey İvanov
Yan xətt hakimləri: Roman Usaçov və Valeri Dançenko
Dördüncü hakim: Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)
Hakim-inspektor: Alen Hamer (Lüksemburq)
UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

