Bakı
20.03° Buludlu
Sağlam saat
İndi Efirdə 16:05 - 17:00 Azər Bəy `in təqdimatında
USD - AZN
EUR - AZN

Ərdoğan partiyasının parçalanacağı haqqında iddialara münasibət bildirib

Ərdoğan partiyasının parçalanacağı haqqında iddialara münasibət bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parçalanacağı haqqında iddialara münasibət bildirib.

 O, jurnalistlərə açıqlamasında partiyasının keçmişdə də eyni hallarla üzləşdiyini bildirib.

“Bizim partiyadan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat fraksiyası yaradacaq sayda ayrılanlar olub. Amma onlar heç bir nəticə əldə edə bilmədilər. Eyni zamanda partiyamızdan istefa verib müxalif Cümhuriyyət Xalq Partiyasına keçənlər də var və hazırda orada çətin duruma düşüblər. Bizim partiyanın parçalanmaq kimi problemi yoxdur. Biz Ədalət və İnkişaf Partiyası olaraq, hazırda tarix yazmaq iqtidarındayıq. Ədalət və İnkişaf Partiyası yerli əhəmiyyətli partiyadan beynəlxalq səviyyəli siyasi təşkilata çevrilib”, - deyə Ərdoğan vurğulayıb.

O, vaxtilə Ədalət və İnkişaf Partiyasında təmsil olunmuş şəxsləri təhdid formasında danışmaqda ittiham edib: “Sözlə təhdid olmaz. Onlar nə deyəcəklərini indidən ortaya qoysalar, yaxşı olar. Bizim heç bir narahatlığımız yoxdur. Ədalət və İnkişaf Partiyası fəaliyyətini ən yüksək şəkildə həyata keçirir, ölkəyə investisiya cəlbi və insan amilinin inkişafı üçün çalışır”.

Qeyd edək ki, Türkiyə baş nazirinin keçmiş müavini, Ədalət və İnkişaf Partiyasının yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. O, ölkənin sabiq baş naziri Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşır. Ədalət və İnkişaf Partiyasının xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir. 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi