Bakı
20.03° Buludlu
Sağlam saat
İndi Efirdə 16:05 - 17:00 Azər Bəy `in təqdimatında
USD - AZN
EUR - AZN

Almaniya Prezidenti Polşa xalqından üzr istəyib

Almaniya Prezidenti Polşa xalqından üzr istəyib

Polşanın Velyuni şəhərində İkinci Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı matəm mərasimi keçirilib. Məhz bu şəhər ilk olaraq, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası qoşunlarının hücumuna məruz qalıb.

Mərasimdə çıxış edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bəyanatla çıxış edərək 80 il əvvəl Polşada hökm sürən nasizm tiranlığına görə üzr istəyib. O deyib: “Mən alman tiranlığının qurbanı olmuş polşalıların ruhu qarşısında baş əyirəm və onlardan üzr istəyirəm”.

Polşa Prezidenti Andjey Duda çıxışında deyib ki, nasist Almaniyasının Polşaya hücumu barbar aktıdır. O əlavə edib ki, həmin müharibə total və qaydasız olmaqla dinc insanların məhvinə yönəlib. Polşa Prezidenti Hitler Almaniyasının təcavüzkar siyasətini və dünyanın yarısını viran qoymasını indiki siyasətçilər üçün bir dərs adlandırıb.

Həmin gün Varşavada keçirilən digər mərasimdə iştirak edən Almaniyanın Federal Kansleri Angela Merkel də polşalı həmkarına tarixin ən qanlı səhifələri ilə bağlı üzrxahlığını ifadə edib. Bu mərasimdə iştirak edən ABŞ-ın vitse-prezidenti Mayk Pens və Fransanın Baş Naziri Eduard Filipp də müharibənin dəhşətlərindən bəhs edib, onun qurbanlarının xatirəsinə ehtiram ifadə ediblər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi