Bakı
20.03° Buludlu
Sağlam saat
İndi Efirdə 16:05 - 17:00 Azər Bəy `in təqdimatında
USD - AZN
EUR - AZN

Həsən Ruhani: İran ABŞ ilə danışıqlara can atmır

Həsən Ruhani: İran ABŞ ilə danışıqlara can atmır

İran heç vaxt ABŞ ilə danışıqlara can atmayıb və indi də can atmır.

 Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, İran danışıqları davam etdirmək üçün çox təkliflər alıb. Lakin iqtisadi sanksiyalar və təzyiq altında heç bir danışıqlardan söhbət gedə bilməz. “Bizi danışıqlar masasına qayıtmağa çağırırlar. Lakin danışıqlar masasını biz deyil, ABŞ tərk edib. Masaya da o, qayıtmalıdır” - deyən Həsən Ruhani nəzərə çatdırıb ki, sanksiyalar ölkə iqtisadiyyatına böyük zərbə vurur.

Avropa dövlətlərini kəskin tənqid edən Prezident onları da öz imzalarına hörmətlə yanaşmamaqda ittiham edib. Nəzərə çatdırıb ki, ABŞ 2015-ci ildə imzalanmış nüvə razılaşmasından birtərəfli qaydada çıxdıqdan sonra razılaşmanı imzalayan Avropa dövlətləri də (Böyük Britaniya, Fransa, Almaniya) üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədilər ki, bu da İranın iqtisadi vəziyyətinə mənfi təsir göstərdi.

Həsən Ruhani bəyan edib ki, bütün çətinliklərə baxmayaraq, İran xalqı müqavimət göstərəcək, dövlət isə beynəlxalq aləmdə fəal diplomatiyasını davam etdirəcək.

 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi