Afrikanın 7 ölkəsində 27 milyon insan aclıqla üz-üzədir

Hökumətlərarası İnkişaf Agentliyinin (IGAD) Afrika təşkilatı və Ərzaq Təhlükəsizliyi üzrə İnformasiya Şəbəkəsinin (FSIN) məlumatına görə, Afrikanın 7 ölkəsində 27 milyon insan aclıqla üz-üzədir.
Hazırda dünya əhalisinin 24 faizi ərzaq qıtlığı problemi ilə qarşılaşıb. Lakin Afrikanın yeddi ölkəsində - Cibuti, Efiopiya, Keniya, Somali, Sudan, Cənubi Sudan və Uqandada vəziyyət daha ağırdır. Bu ölkələrdə 27 milyon insan aclıq təhlükəsi ilə qarşılaşıb. Hesabat müəllifləri bildirirlər ki, Şərqi Afrikada acınacaqlı vəziyyətin yaranmasının səbəbləri iqlim dəyişikliyi nəticəsində quraqlığın artması, silahlı münaqişələr və iqtisadi tənəzzüldür.
Qeyd olunur ki, 2018-ci ildə Afrikanın kəskin ərzaq çatışmazlığından ən çox əziyyət çəkən ölkələri Efiopiya (8,1 milyon insan), Sudan (6,2 milyon) və Cənubi Sudan (6,1 milyon) olub. “Sudanda əhalinin 59 faizi, yaxud hər on nəfərdən altısı aclıqla üz-üzədir və onlara təcili ərzaq yardımı göstərilməlidir. Somalidə hər beş nəfərdən birindən çoxu (əhalinin 22 faizi) da kəskin qida çatışmazlığından əziyyət çəkir”, -deyə hesabatda bildirilir.
IGAD-ın icraçı katibi Mahbub Maalim bu ölkələrdə aclıq və epidemiyaların qarşısını almaq üçün beynəlxalq təşkilatlara və donorlara müraciət ünvanlayıb.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

