Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Avropada palma yağının qadağan olunması tələbləri artır

Avropada palma yağının qadağan olunması tələbləri artır

Alman İstehlakçılar Assosiasiyası (DVA) iri şirkətləri supermarketlərdə tərkibində palma yağı olmayan məhsulların satışına təminat verəcək xüsusi rəflər quraşdırmağa çağırıb.

 Almaniyada alıcıların hər bir məhsulun tərkibində olan inqrediyentlərin siyahısı ilə tanış olmasına təminat verilməsi tələb olunur və əhalinin öz pulu hesabına potensial ekoloji fəlakət mənbəyi olan sənaye sahələrini dəstəkləmək istəmədiyi bildirilir. DVA-da qeyd ediblər ki, təşəbbüsün əsas məqsədi tropik meşələrin qırılmasının qarşısını almaqdır. Assosiasiya əlavə edib ki, tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları ayrıca qoyulmalı, bu məhsulların satıldığı stendlərdə əlavə informasiya lövhələri yerləşdirilməlidir.

DVA bildirib ki, palma yağı istehsal edən sənayeçilərin maraqlarını təmin etmək üçün hər gün 20 hektarlıq tropik meşə məhv edilir. Ekspertlərin qənaətinə görə, bu, ekoloji fəaliyyətlə nəticələnə bilər. Əldə edilən palma yağının əsas hissəsindən bio-yanacaq istehsalında istifadə olunsa da, artıq bu gün ucuz olması səbəbindən həmin yağ bir çox qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Assosiasiyada əlavə ediblər ki, tropik meşələrin məhvi iqlim dəyişmələrinə gətirib çıxarır. Məhz bu meşələrin sayəsində havadan karbon qazını filtrə etmək mümkün olur.

Palma yağı otaq temperaturunda bərkiyir və digər yağlarla yaxşıca qarışır. O, məsələn, günəbaxan yağı kimi yüksək temperaturda xarab olmur. Palma yağını “üçüncü dünya” adlanan ölkələrdə istehsal edirlər. Bu istehsalın 85 faizi İndoneziya və Malayziyanın payına düşür. Sənəddə qeyd olunur ki, 2017-ci ildə Avropa İttifaqında 7,7 milyon ton palma yağından istifadə olunub ki, bunun da yarısı bio-yanacaq istehsalına aiddir. Dünyada isə hər il orta hesablar hər adama 8 kiloqram palma yağı istehlak olunur.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi