Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

İndoneziya cəngəllikdə yeni paytaxt inşa edəcək

İndoneziya cəngəllikdə yeni paytaxt inşa edəcək

İndoneziya prezidenti Kalimantan (Borneo adası) cəngəlliklərində yeni paytaxtın inşasını elan edib.

Məlumata görə, İndoneziya hakimiyyəti Cakartanın ekoloji və iqtisadi problemlərinə görə, paytaxtı başqa yerə köçürmək barədə qərar qəbul edib. Qeyd edilir ki, indi şəhərin bir hissəsi hər il on santimetr suyun altında qalır və daşqın riski var.

Lakin yeni paytaxtın ərazisində belə təbii fəlakətlər - zəlzələlər, sunami, sürüşmələr və vulkan püskürmələri kimi risklər yoxdur. Amma ərazidə meşə yanğınları təhlükəsi böyükdür.

Bəzi ekoloji təşkilatlar hesab edir ki, yeni paytaxt təbiətə ziyan vura bilər. Hazırda İndoneziyanın Ətraf Mühitin Qorunması Departamenti layihənin ekoloji qiymətləndirilməsi üzərində işləyir və onun noyabrda başa çatacağı ehtimal edilir. Əgər layihə bəyənilsə, inşa işləri 2021-ci ildə başlanacaq.

Yeni paytaxt 32,7 milyard dollara başa gələcək. Şəhərin adı isə hələ seçilməyib.

Daha əvvəl bildirilirdi ki, İndoneziyanın paytaxtı Yava adasındakı Cakarta şəhərindən köçürüləcək. Buna səbəb paytaxt əhalisinin ifrat şəkildə artaraq 10 milyona yaxınlaşması nəticəsində bir çox problemlərlə üz-üzə qalmasıdır. 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi