ABŞ ilə Çin arasında ticarət müharibəsinin fəsadları açıqlanıb

ABŞ ilə Çin arasında ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik nəticəsində dünya iqtisadiyyatının gələn ilin əvvəlindəki zərəri 850 milyard dollara çata bilər.
ABŞ Federal Ehtiyat Sistemi (FRS) ekspertlərinin araşdırmasına görə, ticarətdəki qeyri-müəyyənlik “70-ci illərdən etibarən görünməmiş dərəcə”yə çatıb.
Bunun nəticəsində iqtisadi fəallığın da azalacağı, müəssisələrin sərmayələrin həcmini və istehsalı azaltdığı qeyd olunur.
Ekspertlərin qənaətincə, ticarət müharibəsinin dünya miqyasındakı fəsadları ÜDM-in 1 faizi qədər, yəni 850 milyard dollar səviyyəsində olacaq (ABŞ-ın hazırkı ÜDM-si 20 trilyon, dünyanın məcmu ÜDM-si isə 85 trilyon dollar məbləğində qiymətləndirilir).
Qeyd edək ki, ABŞ hökuməti bu aydan etibarən 300 milyard dollarlıq Çin mallarına rüsumları 15 faiz qaldırıb, oktyabrın 1-dən isə 250 milyard dollarlıq başqa mallara isə rüsumlar 30 faiz olacaq. Cavab olaraq Çin hökuməti də 75 milyarddollarlıq ABŞ mallarına 10 faizlik rüsum tətbiq edib, dekabrın 15-dən isə rüsumlar daha 5 faiz artırmaqla ABŞ avtomobillərinə və hissələrinə rüsumlar müvafiq olaraq 25 faiz və 5 faiz artırılacaq. Oktyabr ayında Vaşinqtonda tərəflər arasında yeni danışıqlar nəzərdə tutulur.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

