“Yaraşıqlı kişilər məni ürküdür” - Nəsrin Cavadzadə

“Mən Xaviyer Bardem kimi kişiləri bəyənirəm: çirkin amma cazibədar, seksual amma çox gözəl olmayan. Yaraşıqlı kişilər məni ürküdür”.
Bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
“Nənəm deyərdi ki, kişi meymundan bir az fərqlənməlidir". O, mənim qulağıma sırğa olub. Çünki babam çox yaraşıqlı idi. Qadınlar ondan əl çəkmirdi. Nənəm isə yəqin ki, buna görə bu sözü deyirdi” deyə, sənətçi qarşı cins haqda fikirlərini dilə gətirib.
Sənətçi qısqanclıq hisslərindən də söz açıb:
“Sevgilim məni az da olsa qısqanır. Sosial insansınızsa, çox adamla təmas qurmalısınız, hər kəslə mehriban olmalısınız. Bunlar da qısqanclığa rəvac verir. 19-20 yaşımda çox qısqanc idim. İnsanlara güvənmirdim,amma böyüyəndən sonra qısqanılacağın bir şeyin olmadığının fərqinə vardım. Qısqandığımı həmin adama bəlli edərdim. Çox suallar verirdim. Sonra isə özümə gəldim”.
Sosial media hesabında paylaşdığı fotolarla tez-tez gündəmə gələn Nəsrin bundan narahat olmadığını bildirib:
“Aktrisalıq vaxtımı çox almasaydı, modellik edərdim. Libasları nümayiş etdirməyi, paltarlar və onları daşıya bilən insanları sevirəm. Sosial medianı sevərək istifadə edirəm. Sənətçilər çox vaxt sosial medianı məcbur olduqları üçün istifadə etdiyini deyir, lakin mən onlardan deyiləm. Səhifəm mənim vitrinimdir. Ona görə də çalışıram ki, doğru şəkildə istifadə edim”.
Nəsrin hazırda rol aldığı işlərdən də danışıb:
“Yasak elma” serialında çəkilirəm, eyni zamanda “Aşk tesadüfleri sever 2” filmində rol alıram. Ötən gün FOX TV-nin tanıtım çarxında çəkilişə dəvət etdilər. Bu işlər çox olsa da, mən hər şeydən zövq alıram”.
Aktrisa bütün dünyada maraqla izlənilən “La Casa De Papel” serialında rol alması ilə bağlı çıxan xəbərlərdən də danışıb:
“Bu suala çox cavab verdim ancaq ki, jurnalistlər nədənsə yazmağa üstünlük verməyib. Ötən il İspaniya istehsalı olan “El Desentierro” adlı filmdə rol aldım. O filmin iki baş rol aktrisasından biri idim. Festival üçün çəkilmişdi. Həmin dönəmlər prodakşın ispanların olduğu üçün “La Casa De Papel” üçün də sınaq çəkilişləri etdim. Amma mənim İngiltərədə, Bosniya-Herseqovinada da çalışdığım agentlik var. Dörd dil bilən aktrisayam. Bir ay içində bir neçə layihə üçün sınaq çəkilişləri edirəm. Türkiyədə bu serial çox populyar olduğu üçün sanki, həmin layihəyə təsdiqlənmişəm kimi xəbərlər yazıldı. Halbuki sınaq çəkilişlərinə qatılmışdım. Obrazımın isə Türkiyə ilə əlaqəsi yox idi. Hər tərəfə çəkilə biləcək tipajdayam: həm türk, həm azərbaycanlı və sairə”.
N.Cavadzadə fit bədən quruluşuna malik olması barədə suallara da cavab verib:
“Həftənin altı günü idmanla məşğul oluram. Şəkər və un məhsullarından istifadə etmirəm. İllərdir plov belə yemirəm. Hətta paxlakimilər fəsiləsindən də çox az qidaya üstünlük verirəm. Ancaq dediklərim bir tövsiyə deyil. Çünki bu, mənim qidalanma formamdır. Həkimlərin, idman müəllimimin tövsiyəsidir. Başqa insanlarda heç bir reaksiya verməyə bilər. Ən çox balıq, nadir hallarda isə kabab və lahmacun yeyirəm”.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

