Boris Conson Brexit üçün qanunu pozacağını istisna etmir

Böyük Britaniyanın Baş naziri Boris Conson Brexit üzrə danışıqların müddətini yenidən uzatmaq əvəzinə qanunun pozmaq və parlamentin qərarını yerinə yetirməmək niyyətindədir.
Bu barədə Boris Consonun rəhbərlik etdiyi hakim Mühafizəkarlar partiyasının üzvlərinə göndərdiyi məktubda deyilir.
Britaniyanın baş naziri məktubunda müxalif partiyaların təşəbbüsü ilə parlamentin qəbul etdiyi və hökuməti Brexit üzrə danışıqların müddətini uzatmaq üçün Brüsselə sorğu göndərməyə məcbur edən, həmçinin Avropa İttifaqından sazişsiz çıxmağa qadağa qoyan qanun layihəsini xatırladıb.
“Onlar Brexit vaxtını uzatmaq üçün məni Brüsselə yalvarmağa məcbur edən qanun layihəsini qəbul ediblər. Mən bunu heç vaxt etmərəm”, - deyə Baş nazir bildirib.
“Sky News” telekanalı isə öz növbəsində qeyd edir ki, parlamentin iradəsini yerinə yetirməyəcəyi və müvafiq məhkəmə qərarının icrasından imtina edəcəyi təqdirdə Boris Consona qarşı məhkəmə iddiaları qaldırıla və o, həbs oluna bilər.
Qeyd edək ki, Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb, onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

