Amsterdam “Eurovision-2020” mahnı müsabiqəsinə ev sahibliyindən imtina edib

Amsterdam 2020-ci ildə “Eurovision” mahnı müsabiqəsini qəbul etməyəcək. "Antenn.az" "AZƏRTAC "-a istinadla xəbər verir ki, bunu iyulun 5-də Niderland paytaxtının meri Femke Halsem özünün açıq məktubunda bəyan edib.
Onun sözlərinə görə, tədbirin keçirilməsi üçün nəzərdə tutulan “Ziggo Dome” konsert salonundan planlaşdırılan dövrdə istifadə etmək mümkün olmayacaq. Mer deyib: “Yaranmış vəziyyət zalın bron edilməsi ilə bağlıdır. Məsələ əsaslı surətdə araşdırılandan sonra məlum olub ki, tədbiri başqa vaxta keçirmək mümkün deyil”.
Halsem əlavə edib ki, şəhər “Eurovision” üçün başqa yer tapmağa çalışıb, lakin bu cəhdlər də səmərəsiz qalıb.
“Eurovision-2020” Niderlandda keçirilməlidir, çünki 2019-cu il müsabiqəsində “Arcade” mahnısı ilə bu ölkənin nümayəndəsi Dunkan Lourens qalib gəlib. Daha əvvəl Haaqa və Breda şəhərləri bəyan ediblər ki, mahnı müsabiqəsinə ev sahibliyi etmək niyyətində deyillər. Odur ki, müsabiqənin keçirilməsi uğrunda beş şəhər mübarizə aparacaq: Rotterdam, Utrext, Hertogenbos, Arnem və Maastrixt. Bu barədə qəti qərar avqust ayında qəbul edilməlidir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

