İran hökuməti Con Boltonun istefasına münasibət bildirib

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gözlənilməz istefasına münasibət bildirib.
C.Boltonun istefasına istehza ilə yanaşan Ə.Rəbbi “Biz qaldıq, o isə getdi” deyərək İran reallığının qəbul edilməsinin zəruriliyini bildirib. O qeyd edib ki, C.Bolton vəzifəyə təyin edilən gün bəyan etdi ki, sanksiyalar siyasəti 3 ay ərzində İranın təslim olmasına səbəb olacaq. Lakin onun gözlədiyi baş vermədi. İrana qarşı müharibənin, siyasi və iqtisadi təzyiqin ən böyük tərəfdarı olan C.Bolton getdi.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə C.Boltonun istefasına münasibət bildirməkdən imtina edib.
Qeyd etmək lazımdır ki, İran və Qərb mətbuatı C.Boltonun istefasına birmənalı yanaşır. İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxt-Rəvançı bildirib ki, C.Boltonun istefası ABŞ-ın daxili işidir.
Siyası müşahidəçilər bildirirlər ki, məhz C.Boltonun məsləhəti ilə ABŞ Prezidenti İrana qarşı ağır sanksiyalar tətbiq etməyə başladı və nəticədə nəinki heç nəyə nail olmadı, əksinə geosiyasi vəziyyətini pisləşdirdi. Belə ki, İran sanksiyalara davam gətirərək nüvə proqramını bərpa etdi. Bununla yanaşı, Çin İran iqtisadiyyatına 280, Rusiya isə 10 milyard dollar həcmində investisiya qoymağa hazırlaşır. Bu, İranın iqtisadi blokadadan çıxmasına səbəb olacaq.
Lakin C.Bolton yalnız İran istiqaməti üzrə deyil, Suriya, Venesuela, Əfqanistan, Liviya istiqamətləri üzrə də ABŞ siyasətini uğursuzluğa düçar edib. D.Tramp isə ikinci dəfə Prezident seçilmək istəyir və bu uğusuzluqlarla seçkiyə qatılacağı təqdirdə məğlub olacağı aydın görünür. Odur ki, C.Boltonu öz komandasından uzaqlaşdırdı.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

