İsveçrədə parlament seçkiləri üçün rekord sayda qadın namizəd qeydiyyatdan keçib

Oktyabrın 20-də İsveçrədə keçiriləcək parlament seçkiləri üçün rekord sayda qadın namizəd qeydiyyatdan keçib.
Parlamentin böyük palatasında (Milli Şura) 200 mandat uğrunda 4596 namizəd mübarizə aparacaq. Onların 41 faizi (1884 nəfər) qadınlardan ibarətdir. Bu, İsveçrədə qadınlara ümumölkə səviyyəsində seçki hüququnun verildiyi 1971-ci ildən bəri ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edilməlidir ki, 2015-ci ildə keçirilmiş parlament seçkilərində namizədlərin 34,5 faizi qadınlardan ibarət idi.
Qarşıdakı seçkilər namizədlərin ümumi sayı ilə də rekord sayılır. Belə ki, onların sayı 4600 nəfərə yaxındır. 2015-ci ildə keçirilmiş parlament seçkilərində namizədlərin sayı 3788 nəfər olub.
Eyni zamanda, namizədlər arasında gənclər xüsusi çəkiyə malikdir: deputat mandatı uğrunda mübarizə aparanların üçdəbirinin yaşı 30-dan aşağıdır. Bern Sosial Tədqiqatlar İnstitutunun politoloqu Kloe Yans namizədlərin sayının artımını qanunvericilikdə aparılan sadələşdirmə ilə izah edib. Əgər əvvəllər kantonlarda namizədlər imzatoplama kampaniyasında müəyyən sayda imza toplamalı idilərsə, hazırda bu baryerlər sadələşdirilib.
Qeyd edilməlidir ki, İsveçrədə qadınlar kişilərə nisbətdə siyasi vəzifələrdə daha az təmsil olunurlar. Kanton parlamentlərində qadınlar mandatların 30 faizinə, Milli Şurada isə 32 faizinə sahibdirlər.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

