Bakı
20.03° Buludlu
Canlı Kitab
İndi Efirdə 11:05 - 12:00 Elçin Hacının təqdimatında
USD - AZN
EUR - AZN

Hindistan Aydan sonra Günəşi tədqiq edəcək kosmik aparat hazırlayıb

Hindistan Aydan sonra Günəşi tədqiq edəcək kosmik aparat hazırlayıb

Aya göndərdiyi “Çandrayan-2” missiyasının uğurlu olmaması ilə bağlı mübahisələrin davam etdiyi vaxtda Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kosmosa daha bir irimiqyaslı ekspedisiya – Günəşi tədqiq edəcək zond göndərəcəyini bəyan edib.

2020-ci ildə kosmosa göndərilməsi planlaşdırılan aparat “Aditya L1” adlanır. ISRO-nun məlumatında qeyd olunur ki, bir neçə aydan sonra kosmosa buraxılacaq zond Günəş sistemindəki orbitdə Laqranja adlı (L1) bölgədə - Yer kürəsindən təxminən 1,5 milyon kilometr uzaqlıqda yerləşəcək. Həmin nöqtədə avtomatik stansiyanın Yerlə Günəş arasında hərəkətsiz dayanması mümkün olacaq. Belə ki, burada heç bir vaxt Günəş tutulmaları baş vermir və zond maneəsiz olaraq onun şüalarını tədqiq edə biləcək. Bundan başqa, aparat Günəşin maqnit sahəsindən də uzaqda olacaq ki, bu da nəhəng ulduzun həmin sahəsini ölçməyə imkan yaradacaq. Stansiyada Yerin işıq mənbəyinin müxtəlif parametrlərini ölçmək üçün yeddi müxtəlif tədqiqat sistemi quraşdırılıb. Belə ki, zond Günəşdən gələn hissəciklərin axınını, maqnit sahəsini, partlama nəticəsində ətrafa yayılan dalğaları, habelə onun fotosferasını və xromosferasını ölçəcək.

ISRO-nun bəyanatında Ayın orbitində itmiş “Vikram” enmə modulu ilə əlaqənin bərpa edilməsi məsələsinə də toxunulub. Qeyd olunub ki, hind mütəxəssislər sentyabrın 21-dək bu rabitənin yenidən yaradılması üzrə işləri davam etdirəcəklər.

Xatırladaq ki, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi ilə əlaqəni itirib. Belə ki, sentyabrın 6-dək lunoxodun Ayın səthinə enməsi əməliyyatı plana uyğun həyata keçirilirdi və onu son olaraq 2,1 kilometrədək müşahidə etmək mümkün olub. Lakin bu məqamda rabitə itib və 9 gün keçməsinə rəğmən bərpa olunmayıb.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi