Bakı
20.03° Buludlu
Canlı Kitab
İndi Efirdə 10:05 - 11:00 Elçin Hacının təqdimatında
USD - AZN
EUR - AZN

Amazoniyada 25 mərtəbəli bina hündürlüyündə ağac aşkar edilib

Amazoniyada 25 mərtəbəli bina hündürlüyündə ağac aşkar edilib

Amazoniyada 88 metr hündürlükdə ağac aşkar edilib.

Braziliya Milli Kosmik Tədqiqatlar İnstitutu 2016-cı ildən 2018-ci ilədək olan dövrdə Amazoniyanın böyük ərazilərinin lazer skanlaması üzrə layihəsini əlaqələndirib. Layihə çərçivəsində tədqiqatçılar hərəsinin uzunluğu 12 kilometr və eni 300 metr olmaqla 850 təsadüfi bölünmüş meşə sahəsini skanlayıb və rəqəmsallaşdırıblar. Bu sahələrin yeddisində 80 metrdən yuxarı hündürlükdə olan nəhəng ağaclar aşkar edilib. Alimlərin bu ağaclar barədə şübhələri olsa da, heç vaxt onları görməmişdilər. Ağacların əksəriyyəti Amazonkanın şimal qolu olan Yari çayı zonasında yerləşib.

Erik Qorgens və Diyeqo Armando da Silvanın rəhbərlik etdikləri tədqiqatçılar qrupu aşkar edilən ən hündür ağacın – “Angelim vermelho” növünə aid edilən 88 metrlik nəhəngin bitdiyi yerə yola düşüb. Ekspedisiya iştirakçıları ağacı öz gözləri ilə görməkdən ötrü Amazon meşələrinin 240 kilometr dərinliyinə gediblər. Qrup üzvləri arasında olan alpinist ağacın zirvəsinə qalxaraq köhnə, lakin ənənəvi üsulla – sallanmış ipin köməyi ilə ağacın hündürlüyünü ölçüb.

Tədqiqatçılar əmin olublar ki, rekordçu ağac Amazoniyada daha əvvəl rast gəlinən ən hündür ağaclardan ən azı 30 metr hündürdür.

Alimlərin sözlərinə görə, bir belə ağac orta statistik tropik meşəsinin bütöv bir hektarının udduğu karbon qazını udmağa qadirdir.

 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi