ABŞ "Saudi Aramco"ya hücumdan sonra İrana zərbə endirməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft emalı zavodlarına edilən hücuma cavab olaraq İranın neft obyektlərinə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (IRIS) obyektlərinə kiberhücum etməyi, yaxud zərbə endirməyi nəzərdən keçirir.
Bu barədə müzakirədən xəbərdar olan mənbələrə istinadən "NBC News" məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın hərbi məmurları sentyabrın 16-da milli təhlükəsizlik mövzusunda keçirilən görüşdə Trampa İrandan qisas almaq üçün müxtəlif variantlar təklif ediblər. Ancaq mənbələrə görə, ABŞ prezidenti ölkəni İranla hərbi qarşıdurmaya sürükləmək istəmədiyi üçün başqa təkliflər tələb edib.
"NBC News"nin həmsöhbətlərindən biri, zərbəni neft obyektləri hücuma məruz qalan Səudiyyə Ərəbistanı özü endirə bilər, Vaşinqton isə müttəfiqinə kəşfiyyat işində kömək edəcək, lakin birbaşa olaraq döyüşlərdə iştirak etməyəcək.
Bundan əvvəl, Səudiyyənin neft obyektlərinə hücumu şərh edən Tramp, ABŞ-ın İranla müharibədən qaçmaq istədiklərini söyləyib.
Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun müəssisələri pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Hücum, xüsusilə, ölkənin şərqində yerləşən dünyanın ən böyük neft emalı kompleksinə edilib. Bu, Səudiyyə Ərəbistanında neft hasilatının yarıya - gündə 5.7 milyon barel azalmasına səbəb olub.
Hücuma görə məsuliyyəti Yəmənin üsyançı husiləri öz üzərilərinə götürsələr də, ABŞ husilərin iştirakını şübhə altına alıb və baş verənlərə görə İran hakimiyyətini ittiham edib. Tehran isə bu iddiaları rədd edir.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

