Bu ölkədə gül sərgisi keçiriləcək

İyulun 12-dən 14-dək Çinin Yunnan əyalətində XX Kunmin beynəlxalq gül sərgisi keçiriləcək.
"Antenn.az" "AZƏRTAC"-a istinadla xəbər verir ki, Yunnan əyalətinin inzibati mərkəzi olan Kunmin şəhərində keçiriləcək sərgidə Çini və daha 13 ölkəni – Niderland, İsrail, Yaponiya, Tailand, Estoniya, Almaniya, Türkiyə, Polşa, ABŞ, İsveç, Böyük Britaniya, Uqanda və Ekvadoru təmsil edən 400-dən çox şirkət iştirak edəcək.
Sərgidəki 1300-dən çox stendin 13 faizi xarici iştirakçıların payına düşür.
Bu il İsrail Dövləti beynəlxalq gül sərgisinin fəxri qonağı kimi iştirak edir. Bildirilir ki, İsrail bu məkanda bir sıra interaktiv tədbirlər keçirəcək, “yaşıl” və səmərəli kənd təsərrüfatı üçün yeni texnologiyalara, gülçülük sahəsində yeni meyillərə xüsusi diqqət yetirəcək.
İsrail və Yunnan əyaləti gülçülük sənayesi sahəsində qarşılıqlı inkişafa, qarşılıqlı sərfəli əməkdaşlığa və mübadiləyə kömək məqsədilə səylərini birləşdirməyə hazırdırlar.
Sərgi çərçivəsində gülçülük məsələlərinə dair yüksək səviyyəli beynəlxalq forum və Çin-İsrail kənd təsərrüfatı layihələrinin təqdimatı kimi tədbirlər planlaşdırılır.
Yunnan əyaləti Çində ən mülayim iqlimli bölgələrdən biridir. Bölgədə gülçülük bazarının uğurla inkişafı da bununla izah edilir. İri gül plantasiyaları, çoxsaylı ixrac brendləri sayəsində bu region gül istehsalı bazasından bazar yönümlü bazaya çevrilib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

