Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib -

Səudiyyə Ərəbistanı hökuməti bu günlərdə ölkənin neft sənayesi müəssisələrinə törədilmiş hücumlarla bağlı İranı ittiham edib.
Ölkənin Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki mətbuat konfransı zamanı İranın agentlər vasitəsilə regiondakı təxribatlarda əli olması barədə əllərində sübutlar olduğunu bildirib.
“Bu hücumun Yəməndən törədilmədiyinə dair əlimizdə sübutlar var. İran faktları saxtalaşdırmağa çalışır. “Saudi Aramco”nun obyektlərinə hücumlar şimaldan İranın dəstəyilə həyata keçirilib”, - Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.
O, neft müəssisələrinə hücumlarda istifadə olunmuş dronların qalıqlarını və raketlərin parçalarını jurnalistlərə nümayiş etdirib.
Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə apardığı husi qiyamçıları hücumların onlar tərəfindən törədildiyini bəyan etmişdi.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

