Bakı
20.03° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - AZN
EUR - AZN

Yaddaşı gücləndirən 6 qida

Yaddaşı gücləndirən 6 qida
 Hər gün kifayət qədər su içmək ən vacib qidalanma qaydalarından biridir. Çünki bədəndə su miqdarı azalarsa bundan ilk təsirlənəcək orqan beynimizdir. Buna görə gündə ən az 8-10 stəkan su içmək vacibdir! Beynimizin sağlam qalması üçün bir vacib məqam da düzgün və balanslı qidalanmaqdır.
Yaddaşsızlıq, zehni yorğunluq, diqqətin azalması  bu gün uşaqdan böyüyə kimi bütün yaş qruplarında  tez-tez rast gəlinən sağlamlıq problərindəndir.  Beyin sağlamlığının qorunması üçün insan, tərkibində vitamin və mineralların bol olduğu qidalardan daha çox istifadə etməlidir.
Yaddaşı gücləndirmək və stabil qidalanmanı nizamlamaq üçün nə etmək və hansı qidalara üstünlük vermək lazımdır?
Balıq
 Beyin sağlamlığını qorumaq və gücləndirmək üçün lazım olan Omega-3 maddəsi ilə zəngindir. Beyin toxumalarının böyük bir hissəsi yağ turşularından ibarətdir və Omeqa -3 yağların əriməsinə, sinirlər arasında daha yaxşı əlaqə yaratmağa və beyin həcminin qorunmasına kömək edir.  Balıq yağı qəbul etmək yaddaşın bərpası ilə birlikdə görmə qabiliyyətinidə inkişaf etdirir. Beyinin inkişafı üçün həftədə ən azı iki dəfə kalori dəyəri az olan, Omeqa-3 ilə xeyli zəngin olan balıq və balıq məhsullarından istifadə etməyiniz məsləhətdir.
Yumurta
 Bədənimiz üçün zəruri olan ən keyfiyyətli zülal mənbəyidir. Xüsusilə beyin hüceyrələrinin inkişafına kömək edərək funksionallığı artırır. Yumurtanın tərkibində "B vitamin"inə daxil olan kolin maddəsi var. Kolin isə beyin hüceyrələrinin yenilənməsinə təsir göstərir. Yumurtadaki amin turşuları əqli və nevroloji pozuqluqların qarşısını almaq üçün nevrotransmitter balansını qoruyaraq hüceyrə funksiyası ilə qarşılıqlı təsir göstərir. Zəkanızın inkişaf etməyini istəyirsinizsə, hər səhər bir yumurta yeməyi unutmayın.
Bütün taxıl məhsulları
 Beynin inkişafının və güclü yaddaşın bərpa edilməsinə kömək edən B qrupu vitaminləri ilə zəngin olan taxıl məhsulları gündəlik həyatımızda istifadə etdiyimiz qida növlərindən biridir. Buğda unundan hazırlanan çörək, B vitamini mənbəyidir. Bu qrup vitaminlər sinir hüceyrələrinin düzgün işləməsində, sinir mesajlarının sinir mərkəzinə vaxtında və dəqiq ötürlülməsində iştirak edir. Xüsusilə B6, B12 qanda homosistein artımını dayandırır və alzheimer xəstəliyi riskini azaldır.
Qoz
 Omega 3 və 6 yağ turşuları, fosfor, kalsium, kalium, və digər dəmir elementləri ilə zəngin olan qida növüdür. Elmi araşdırmalar qozun yaddaş, qavrama və öyrənmə qabiliyyətlərini yaxşılaşdırdığını sübut etmişdir. Gündə 3-4 qoz yemək beyin inkişafı üçün vacibdir. Uşaqlara  isə gün ərzində 2 bütöv qoz və ya fındıq, omeqa 3 tərkibli badam yedirməyiniz məsləhətdir.
Qatıq
 Zəngin kalsium mənbəyi olan qatıqda tirozin maddəsi vardır. Tirozin yaddaşı bərpa edir . Gündə ən azı 2 porsiya qatıq və ya digər süd məhsulları qəbul etməyiniz məsləhətdir.
Fıstıq
 Sinir sisteminin sağlam fəaliyyətinə, yaddaşın inkişafına kömək edir. Ancaq fıstıq allergik xüsusiyyətə və yüksək kalori dəyərinə malik olduğuna görə hər adama tövsiyə olunmur. Buna görə də gün ərzində 15-20 ədəd yeməyiniz məsləhətdir.
Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi