Aralıq dənizinə bir dəqiqədə 33 min 800 plastik butulka atılır

Aralıq dənizi bir dəqiqədə orta hesabla 33 min 800 plastik butulka ilə çirkləndirilir.
"Antenn.az" "AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Avstriya nümayəndəliyi yayıb. Təşkilatın apardığı araşdırmalara görə, Aralıq dənizi sahilində yerləşən ölkələr bu dənizi hər il yarım milyon ton plastik tullantı ilə çirkləndirirlər, bu isə bir dəqiqədə 33 min 800 plastik butulka deməkdir. Aralıq hövzəsində yerləşən ölkələrdə dənizin hər bir kilometr sahili boyunca gün ərzində beş kiloqram plastik tullantı dənizə axıdılır. Dənizə axıdılan plastik tullantıların renkinqində əsas regionlar kimi Barselona, Təl-Əviv, Valensiya, Venesiya, Po çayı deltası, Marsel buxtası və Türkiyənin cənub-şərq sahilləri göstərilir.
Fondun Avstriya nümayəndəliyinin dəniz bioloqu Aksel Hayn bildirib ki, Aralıq dənizinin çirklənməsində əsas rolu kütləvi turizm oynayır. Tətil mövsümündə 200 milyona yaxın turistin üz tutduğu Aralıq sahillərində tullantılarla çirklənmədə 40 faizədək artım müşahidə olunur. Dənizə atılan plastik tullantılar digər tərəfdən iqtisadiyyata da baha başa gəlir. Hər il turizm, balıqçılıq və dəniz iqtisadiyyatı üçün bununla bağlı əlavə 641 milyon əlavə xərclər yaranır.
Təşkilatın analizinə görə, Aralıq hövzəsində acınacaqlı vəziyyətin kökündə sistem çatışmazlığı dayanır. Aralıq sahilindəki əksər ölkələrdə tullantıların çeşidlənməsi və təkrar emalı sistemi olmadığına və ya yarıtmaz vəziyyətdə olduğuna görə bəzi regionlar tullantılardan “yaxa qurtarmağın” yolunu sadəcə olaraq onları dənizə atmaqda görürlər. Aralıq hövzəsi ölkələrində hər il 24 milyon ton plastik tullantının 6,6 milyon tonunun nəzarətsiz şəkildə ləğv edilməsi (qeyri-leqal depolara yığılması və ya təbiətə atılması) ciddi problem olaraq qalmaqdadır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

