Tramp Türkiyə prezidentini dost adlandırıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə lideri Rəcəb Tayip Ərdoğan bu ölkədə həbs edilmiş amerikalı keşiş Endryu Kreyq Bransonun azadlığa buraxılması ilə bağlı danışıqlardan sonra onun dostu olub.
"Keçən il çox güclü insanla, mənim dostum olmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox qısa və ehtiramlı danışıqlardan sonra biz keşiş Bransonu evə qaytardıq", - deyə ABŞ lideri BMT-nin Nyu-Yorkdakı qərargahında "Dini azadlığın müdafiəsinə Qlobal çağırış" tədbirində bildirib.
"Mən prezidentə (Ərdoğana-red) zəng vurdum və dedim: o, (keşiş Branson – red) günahsızdır", - deyə Donald Tramp bildirib.
ABŞ lideri "Mən prezident Ərdoğana təşəkkür etmək istəyirəm", - deyə əlavə edib.
Məlumat üçün bildirək ki, ABŞ lideri 2017-ci ilin 22 sentyabrında da Türkiyənin dövlət başçısını dost adlandırıb.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, ABŞ dini azadlıqların, dini sitayiş və abidələrin müdafiəsinin maliyyələşdirilməsinə 25 milyon dollar ayırmaq niyyətindədir.
Xatırladaq ki, Endryu Kreyq Branson 2016-cı ilin 9 dekabrında terrorçu Fətullah Gülənə (FETÖ) və PKK-ya casusluq və əlbir olmaq ittihamı üzrə saxlanılıb. O, sonra ev dustaqlığı şərti ilə azad edilib. 2018-ci ilin oktyabrında Bransonun ev dustaqlığı və Türkiyəni tərk etmək qadağası ləğv edilib.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

