Bakı
20.03° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - AZN
EUR - AZN

Bakıda benzin və dizellə işləyən avtobuslar - İSTİSMARDAN ÇIXARILACAQ

Bakıda benzin və dizellə işləyən avtobuslar - İSTİSMARDAN ÇIXARILACAQ

 Bakının ekolojı tarazlığını qorumaq üçün tədbirlər davam etdirilir. Bu məqsədlə yaxın gələcəkdə benzin və dizel mühərrikli avtobusların ölkəyə gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq.

Bu haqqda Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib.

Mais Ağayevin sözlərinə görə, hazırda yeni qərarla bağlı işlər görülür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyulur.

Amma sıxılmış qaz və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş yekunlaşmır. Mais Ağayev qeyd edib ki, nəqliyyat vasitələrinin işlək vəziyyətdə olması üçün infrastruktur da qurulmalıdır.

Benzin və dizel mühərrikli avtobusların taleyini isə gələcək göstərəcək.

Ekspertlər hesab edir ki, onlara qaz avadanlıqları quraşdırıla, yaxud istismar müddəti bitənə qədər istifadə edilə bilər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi