Bakı
20.03° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - AZN
EUR - AZN

Rembrandtın ən məşhur əsərinin restavrasiyası ictimaiyyət üçün açıq aparılır

Rembrandtın ən məşhur əsərinin restavrasiyası ictimaiyyət üçün açıq aparılır

Amsterdam muzeyində dahi Rembrandtın “Gecə gözətçisi” tablosunun restavrasiya işləri ictimaiyyət üçün açıq aparılır. Muzey şəhər sakinlərini və qonaqları bu prosesi müşahidə etməyə dəvət edib.

"Antenn.az" "AZƏRTAC"-a  istinadla xəbər verir ki, Rembrandtın 1642-ci ildə yaratdığı bu şedevr muzeyin xüsusi şüşəli otağında saxlanılır və restavrasiya işləri onu görmək istəyənlər üçün gözəl bir fürsətdir. Bundan başqa, dahi rəssamın yaradıcılığının pərəstişkarları bərpa prosesini onlayn rejimində də izləyə bilərlər.

“Gecə gözətçisi” tablosu 40 il əvvəl, onun muzeydə bıçaqla kəsilməsindən sonra bərpa olunmuşdu. Həmin vaxt əlində bıçaq olan şəxs muzeyin mühafizə xidmətinin gözündən yayınaraq rəsm əsərini kəsmiş və bunu “ilahi üçün etdiyini” bağırmışdı. Tabloya qarşı hücumlar 1911-ci və 1975-ci illərdə də olub. Sonuncu dəfə onun üzərinə rəng dolu sprey sıxılmışdı. “Gecə gözətçisi” rəssamın ən iddialı tablosu sayılır. O, Amsterdamın mülki qvardiyasının lideri Frans Bannink Kokq tərəfindən sifariş edilib. Tablonun hündürlüyü 4 metr, eni isə 4,5 metrdir. Amsterdam muzeyi rəsm əsərinin restavrasiyasına bir neçə milyon avro vəsait ayırıb və onun beş əsr əvvəlki keyfiyyətinin bərpa olunacağına ümid edir. Bunu təmin etmək məqsədilə mütəxəssislər müasir texnologiyanın ən son nailiyyətlərindən istifadə edirlər.

Muzeyin direktoru Tako Dibbits bildirib ki, rəsm əsərinin bərpasının ictimaiyyətə açıq aparılması ideyası onun bütün bəşəriyyətə məxsus olması ilə əlaqədardır. “Düşünürəm ki, iki milyondan çox adam hər il bu məşhur tablonu görməyə gəlir. Rembrandtın əsərləri Niderland və bütün dünyada yaşayan insanların ortaq mədəni sərvətidir”, -deyə Dibbits vurğulayıb.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi