Bürc-Xəlifə — dünyanın 8-ci möcüzəsi necə tikildi?

21 sentyabr 2004-cü ildə dünyanın ən hündür binası - Bürc-Xəlifənin (əvvəlki adı Bürc-Dubay) tikintisinə başlanıb.
Ən son texnologiyalardan istifadə edilərək inşa olunan bina 2009-cu il oktyabrın 1-də təhvil verilib.
Binanın layihəsini amerikalı memar Adrian Smit hazırlayıb. Smeta dəyəri 4,1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün inşaat mütəxəssisləri 22 milyon saat çalışıblar.
Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın özünü göstərdiyi dövrdə başlanıb, təhvil verilməsi isə maliyyə böhranının Dubaya kəskin təsir etdiyi 2009-cu ilə təsadüf edib.
Bürc-Xəlifənin rəsmi açılış mərasimi isə 2010-cu il yanvarın 4-də keçirilib.
Binanın 3 girişi var: otelə, apartamentlərə və ofislərə giriş.
Bina 163 mərtəbədən ibarətdir və onun daxilində 57 lift var. 1-39-cu (17 və 18-ci mərtəbələrdən başqa) mərtəbələrdə Armani oteli və ofislər yerləşir. Bu otelin dizaynını məşhur Giorgio Armani verib. 44-72 və 77-108-ci mərtəbələrdə isə 900 mənzil yerləşir. Binanın 100-cü mərtəbəsi bütünlükdə hindistanlı milyonçu B.R.Şettiyə məxsusdur və bu mərtəbədə hər birinin sahəsi 500 kv. metr olan 3 mənzil yerləşir. 111-121, 125-135 və 139-154-cü mərtəbələr ofislər üçündür. Binanın 43 və 76-cı mərtəbələrində trenajor zalları, hovuzlar və cakkuzili baxış meydançaları yerləşir. Ən hündür baxış meydançası 124-cü mərtəbədə, 472 metr hündürlükdə yerləşir.
Binanın şüşələri toz keçirmir və günəş şüalarının qarşısını alaraq binada optimal temperaturun yaranmasına şərait yaradır.
Binanın aşağı hissəsində sahəsi 12 ha olan süni gölün yanında musiqili fontan yerləşir. Fontanın uzunluğu 275 metr, hündürlüyü isə 150 metrdir.
Bürc-Xəlifə-nin əvvəllər Bürc-Dubay adlandırıblar. 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da Bürc-Xəlifə dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.
Dünya memarlığının nadir incilərindən olan Bürc-Xəlifənin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir. Bürc-Xəlifənin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir. Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın daxili məxsusi olaraq Bürc-Xəlifə üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. Bürc-Xəlifə öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

