Bakı
20.03° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - AZN
EUR - AZN

Pekində dünyanın ən böyük hava limanlarından olan “Dasin”nin açılış mərasimi keçirilib

Pekində dünyanın ən böyük hava limanlarından olan “Dasin”nin açılış mərasimi keçirilib

Pekində dünyanın ən böyük hava limanlarından olan “Dasin” beynəlxalq aeroportunun açılış mərasimi keçirilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin hava limanının istifadəyə verilməsini rəsmən elan edib.

Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən hava limanının inşasına 2014-cü ildə başlanılıb. Bu ilin yanvarında hava limanın uçuş-enmə zolağı ilk təyyarəni sınaq uçuşu ilə qəbul edib. Şəhər mərkəzindən 46 kilometr məsafədə yerləşən aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45 milyona, 2025-ci ilədək 72 milyona, 2040-cı ildə isə 100 milyona çatacağı gözlənilir. İnşası 80 milyard yuana (təxminən 11,7 milyard ABŞ dolları) başa gələn bu meqa layihə tələbatın artacağı nəzərə alınaraq tikilib. İlk sezonda (qış 2019/yaz 2020) gündə 370 uçuşun, 2025-ci ildə isə 1570 uçuşun həyata keçirilməsi planlaşdırılıb.

Sentyabrın 25-də yerli vaxtla saat 15:45-də “Dasin” beynəlxalq hava limanından Quancou, Şanxay və Çendu şəhərləri istiqamətində ilk kommersiya uçuşları həyata keçiriləcək və bununla da hava limanı fəaliyyətə başlayacaq. Gün ərzində ilk təyyarələr də qəbul olunacaq.

Qeyd edək ki, hazırda Pekində yalnız daxili uçuşların həyata keçirildiyi “Nanyuan” hava limanı ilə yanaşı, sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki “Harstfild-Cekson” hava limanından sonra dünyada ikinci ən böyük olan “Paytaxt” beynəlxalq aeroportu fəaliyyət göstərir.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi