Payız mövsümünün hava proqnozu açıqlanıb

"Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq: "Bu fərq 0,5-0,7 dərəcə təşkil edəcək. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-nə keçən gecə Bakıda və Abşeron yarmadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər".
U.Tağıyeva bildirib ki, növbəti küləkli dövr sentyabrın 28-dən 29-na keçən gecə olacaq: "Külək güclənsə də, şiddətli olmayacaq. Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq. Havanın temperaturunun 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq".
U.Tağıyeva vurğulayıb ki, keçid dövrünə xas olan proseslər noyabr ayının ikinci yarısında müşahidə olunacaq: "Bu ayda hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez-tez müşahidə olunur. Fəsli proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payız fəslində bizim regionda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq".
Departament direktoru həmçinin fəsillər dövründə havaların necə keçməsi ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: "Çoxillik meteoroloji müşahidələr göstərir ki, yayın və qışın necə keçməsi arasında əlaqələr mövcud deyil. Etibarlı məlumatlar üçgünlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində də belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın necə olacağı, yaxud qar yağıb-yağmayacağı barədə nəsə demək tezdir".
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

