Barselona Ermitajı 2022-ci ildə fəaliyyətə başlayacaq

Yapon memarı Toto İtonun İspaniya üçün layihələşdirdiyi muzey özünün məxsusi rəsm kolleksiyasına malik olacaq və fəaliyyətinin ilk ilində 850 min ziyarətçi qəbul edə biləcək.
"Antenn.az" "AZƏRTAC" -a istinadla xəbər verir ki, muzey binasının tikintisi və onu açılışa hazırlamaq üçün təqribən 52 milyon avro lazımdır. Bu vəsaitin 5 milyonu 2012-ci ildə imzalanmış sazişin şərtlərinə əsasən 50 il müddətində fəaliyyət izni verən lisenziya almaq məqsədilə Rusiyanın Ermitaj muzeyinə ödəniləcək.
Layihənin promouterləri bildirirlər ki, muzey binası Barselona şəhərinin və ölkənin möhtəşəm mədəniyyət abidəsi olacaq. Onun zahiri divarları qeyri-adi formaya malik olacaq və sahilə can atan dalğaları xatırladacaq. Daxildə isə yeddi divar tikilməsi planlaşdırılır ki, onlar da çoxsaylı zalları birləşdirəcək. Hündürlüyü 25 metr olacaq və 3 240 kvadratmetri əhatə edəcək bina dörd mərtəbədən, o cümlədən bir zirzəmidən ibarətdir. Tikilinin damının isə açıq olması nəzərdə tutulur.
Rusiya muzeyinin təqdim edəcəyi rəsm əsərləri ilə yanaşı, Barselona muzeyində məxsusi kolleksiyanın yaradılması planlaşdırılır. Bu eksponatlar satın alınacaq, yaxud kolleksiyaçıların hədiyyə edəcəyi əsərlərdən formalaşacaq.
Altı iri sərgi zalından ən böyüyünün sahəsi 800 kvadratmetr olacaq. Burada Rusiya Ermitajından gətiriləcək əsərlər maksimum 5 il müddətində tematika prinsipi ilə nümayiş etdiriləcək. Sahəsi 500 kvadratmetr olacaq ikinci böyük zalda muzeyin öz eksponatları təqdim ediləcək. Bundan başqa, muzeydə müvəqqəti sərgilər üçün zal ayrılacaq, hər ayın ən yaxşı əsəri müəyyən ediləcək, tənqid guşəsi olacaq. Sonuncuda nümayiş etdirilən əsərlərdən biri Total Museology şirkətinin hazırladığı muzey proqramına uyğun olaraq diqqətlə təhlil ediləcək.
Ən son xəbərlər
Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər
Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Kişilərə evlilik təklif edən 8 məşhur
Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək
Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib
Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb
Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"
Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı
Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq
İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı
Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -
"Eurovision 2020" təxirə düşə bilər
20 Yanvar dairəsində sıxlıq yaranıb

