Bakı
20.03° Buludlu
BİRİNCİ
İndi Efirdə 07:00 - 10:00 Teymur və Sevdanın təqdimatında
USD - AZN
EUR - AZN

Həkimlərin yemədiyi 12 qida - İmtina səbəbləri

Həkimlərin yemədiyi 12 qida - İmtina səbəbləri
1921-ci ildə ilk dəfə Kanzasda dünyanın birinci hamburger təqdim edən fast-food restoranı açıldıqda, müştəriləri inandırmaq və cəlb etmək üçün sahibkar Billi İnqram bir neçə aktyoru pulla tutaraq, onlara həkim rolu oynamağı tapşırmışdı. Aktyorlar ağ xalat geyinərək, gün ərzində bu restorana guya nahara gəlib gedirdilər. Beləcə müştərilər əmin olurdu ki, hamburger ziyanlı deyil, belə olmasaydı həkimlər yeməzdi.
Bu gün də müshaib olduğumuz, tanıdığımız, eləcə də dünyada məşhur həkimlər sağlam qidalanma barədə danışır,bilir və özləri də əməl edirlər. Bizə elə gəlir ki, onlar da elə satışda olan hər ərzağı qidanı yeyir. Əslində isə həkimlərin özlərinə və ailələrinə qadağa qoyduğu bəzi qidalar var. Sadəcə fast-food, zərərli qidalar o qədər reklam olunur və ya çoxdur ki, həkimlərin çağırışı eşidilmir
Dünyada həkimlərin imtina etdiyi əsas ərzaqların siyahısı
1.Ağ, yüksək növ undan məmulatlar, çörək
Yüksək qlikemik indeksə malik bu məhsullar qanda insulini artırır. Buğda, toxum olması sizi aldatmasın. İnkidi ağ un və çörək süni qidadır, əsl buğdada olan çoxlu faydalı maddələr onda yoxdur. 
Hasensak Universitetinin neyrocərrahiyyə şöbəsinin rəhbəri Patrik Rout deyir: "Mən çörək, makaron yemirəm, yeməyəcəm”. 
Elm sübut edib ki, ağ undan çörək və digər məmulatlar yeyənlərdə artıq çəki, diabet, ürək damar problemləri olur
2.Alkoqol, içki
Məşhur dermatoloq Devid Soleymani deyir ki, psoriaz, ekzema və bir sıra dəri xəstəliklərindən əziyyət çəkən insan içkidən uzaqlaşmalıdır, çünki alkoqol dərini qurudur, orqanizmdə iltihabi prosesləri artırır. Düzdür, Azərbaycanda içkiyə biganə olmayan həkimlər az deyil. Amma əksəriyyəti arada bir qədəh yaxşı çaxırla kifayətlənir.
3.Alma
Çox həkimlərin menyusunda alma yoxdur. Çünki onu yeməyə vaxtları azdır, həm də almada disaxaridlər,polisaxaridlər, monosaxaridlər var ki, bu da bağırsağı qıcıqlandırır, bəzi problemlər yaradır, eləcə də şəkəri artırır
4.Sintetik dadlandırıcı və rəngləndirici olan ərzaqlar
Bunlara marketlərə gözünüzə dəyən bütün şirin, şəkər, görünüşü bəzəkli konfetlər, marmeladlar, pirojna, desert,  al-əlvan qidalar daxildir. Boston xəstəxanasının psixiatrı Rohit Çandra deyir ki, müasir qidalara vurulan sintetik rənglər orqanizmin və beynin işində  səngimə yaradır. 
E 102, E 129, E 133 əlavələri uşaqlarda diqqət yayqınlığı, hiperaktivlik və yaddaş pozuntusu yaradır.
5. Bekon
"Hesab edirəm ki, bekon dünyada ən pis qidadır” – deyə cərrah Omid Cavadi deyir. Onda çox miqdar yağ, xolesterin var. Faydası isə yoxdur”.
Yedikdə ürək-damar, mədə-bağırsaq sistemini pozur, onkologiya riskini artırır
6. Energetik içkilər
Bizim həkimlər də birağızdan deyir ki, gələcəyimizi, gəncləri bu içkilər məhv edir. Özləri isə energetik içkilərdən uzaqdırlar. 
Nyu-Yorkun məşhur osteopat hıkimi bildirir ki, bu içkilər sümükləri əridir, ürəyin mədəciklərini məhv edir. Onu çox içən, gənc yaşında əlil təqaüdçü kimi olar.
7.Tortlar
Tort xoşlayan həkim çətin tapılır. Un, şəkər, krem, rəngdən ibarət bu faydasız qida heç kimə lazım deyil. Beyini şəkərə alışdırır, stresi artırır, iltihabi prosesləri çoxaldır, xərçəngə səbəb olur. Tort yemək insanı vaxtından tez qocaldır. 
8.Fast-food, hot doq, hamburger
Termiki işlənmiş ət onkologiya, həzm pozuntusu və ürək xəstəliklərinin birinci səbəbkarıdır. Günümüzün faciəsi palma və trans yağlar da bu qidalardadır. Mənbəyi, keyfiyyəti məlum olmayan əti heç tibb bacısı da yemir, o ki ola həkimlər. 
9.Kolbasa, hisə verilmiş məmulatlar, qızarmış toyuq
Naggets, qril, qızarmış kolbasa, sosis dünyanın onkoloq və kardiocərrahlarının bir nömrəli düşmən hesab etdikləri qidalardır. 
10.Marqarin yağı
Amerikalı dietoloq Meqan Faletra bildirir ki, marqarinin əsasında hidrogenirizə olunmuş yağ və palma yağı var. Onlar isə həll olmur, damarları tutur. Heç bir həkimin evində marqarin tapmazsız.
11.Meyvə şirələri
Təzə meyvə  şirələri faydalıdır desələr də, həkimlər özü hazır və yeni çəkilmiş də olsa meyvə şirələri almır, içmir. Çünki bilirlər ki, bu sadəcə şirin sudan başqa bir şey deyil. 
Meyvəni yalnız dişləyib, çeynəyib yemək lazımdır. 
12.Ev südü, dondurma
Evdə sağılıb, pasterizə olunmamış süd salmonello, bağırsaq çöpü ilə zəngin ola bilər, bu da bruselyoz və digər xəstəliklərə səbəb olur.  Ən yaxşısı pasterizə olunmuş süd içməkdir. Ümumiyyətlə həkimlər 35 yaşdan sonra böyük insanın təbii süd içməsinin tərəfdarı deyillər. Bunun da elmi tibbi səbəbləri var.
Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi